Cümə, 24 Avqust 2018 07:44

Yeni tikilini balansa necə daxil edilməlidir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual:  Salam hörmətli MKS ailəsi. Xahiş edirəm aşağıdakı sualıma cavab verəsiniz: ƏDV ödəyicisi olan müəssisə ona məxsus torpaq üzərində bina tikmişdir. Binanın dəyərinin qiymətləndirici sirkət tərəfindən qiymətləndirilərək balansa qəbulu mümkündürmü? Əgər mümkünndürsə. əmlak vergisindən başqa hansı vergi öhdəliyi yaranır? Öncədən təşəkkür edirəm.      

Emil Əsədov

Cavab: Oxşar sualı əvvəlki tarixlərdə cavablandırmışıq. Buna baxmayaraq əlavə məlumatlar təqdim etməklə sualı yenidən cavablandırırıq. Qaydalara uyğun olaraq tikilmiş binanın tikinti dəyəri formalaşmalıdır. Yəni, bina podrat və ya təsərrüfat üsulu ilə tikilibsə, onun faktiki tikinti dəyəri olmalıdır. Praktikida belə hallara əvvəllər çox rast gəlirdik ki, faktiki olaraq tikinti işləri aparılır, tikinti üzrə hesablaşmalar isə qeyri-rəsmi həyata keçirilir. Belə rəsmiləşdirmə düzgün deyil. Əgər siz istəyirsinizsə, binanı balansa daxil edəsiniz, bəli qiymətləndirici cəlb etməklə qiymətləndirib, binanı balansa daxil etmək olar. Bunun üçün ilkin olaraq qiymətləndirilmiş dəyəri mənfəət vergisinə cəlb etməlisniz, bundan sonra hər il üçün amortizasiya hesablaya bilərsiniz. Həmçinin, illik əmlak vergisini hesablamalısınız. Amma bu məbləğ ƏDV-yə cəlb olunmur, ona görə ki, Vergi Məcəlləsinə görə, bu, ƏDV-nin obyekti deyil.

 

Şərh yazın