İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Əmək Məcəlləsinin 187-ci, “İntizam tənbehinin verilməsi qaydaları” maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
Təbii ki, işçinin əmək və icra intizamını pozması faktı və törətdiyi xəta rəsmiləşdirilməlidir. Misal üçün, işçinin işə gecikməsinin tabel uçotunda qeyd olunması yetərli deyil, ondan bu barədə izahat da alınmalıdır.
Başqa bir misal. Mühasibin hesabatı gec göndərməsini təsdiq edən sənəd kimi, vergi orqanının təqdim etdiyi maliyyə sanksiyası haqqında bildirişlərlə yanaşı, işçinin izahatı da olmalıdır.
Bəzi intizam xətalarının baş verməsi faktı mütləq qaydada xüsusi sənədlərlə rəsmiləşdirilməlidir. Məsələn, işçinin iş yerini icazəsiz tərk etməsi, işçinin öz iş yoldaşını təhqir etməsi və ya müştərilərlə münasibətdə işəgötürənin işgüzar nüfuzuna mənfi təsir edən hərəkətlərə yol verməsi belə hallardan hesab edilə bilər. Bu halda artıq işçinin funksional rəhbərliyi, daxili nəzarət orqanı və ya kadrlarla iş departmentinin təqdimatı da intizam tənbehinin verilməsi ilə bağlı araşdırmanın aparılmasına əsas olur.
Mümkündür ki, işçinin birbaşa tabe olduğu bölmənin (şöbənin) rəhbərinin təqdimatında işçinin intizam xətası törətməsi qeyd edilsə də, o, yazılanları inkar etsin.
İşçi inzibatı xətanın baş verməsinə səbəb kimi üzrlü halları və ya ondan asılı olmayan səbəbləri qeyd edə bilər. Misal üçün, işçi bildirə bilər ki, işə gecikməsinə səbəb Bakıda keçirilən beynəlxalq tədbirin nəticəsində yolların bağlanması olub. Yaxşı olar ki, belə hallarda işçi xəta törətdiyinə görə səmimi şəkildə peşman olduğunu da etiraf etsin.
1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti:
Kağız formatda - 60 manat
Elektron formatda - 24 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir
.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın