Cümə, 24 Avqust 2018 07:08

Vergilər Nazirliyindən təsisçilərlə hesablaşmalar barədə daha bir açıqlama

Sual: Fiziki şəxslə (təsisçi) müəssisə arasında faizsiz borc müqaviləsi bağlandıqda həmin əməliyyat hansı əsaslarla vergiyə cəlb olunur və əgər faizlə borc verilərsə bu faizlərin hüdudları (ən yüksək və ən aşağı həddi) nə qədərdir?

Rzayev Ramin Mirzə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (24.08.2018)

Cavab: Bildiririk ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs qarşılıqlı surətdə asılı olan şəxslər hesab edildiyindən təsisçi hüquqi şəxsə qaytarılmaq şərti ilə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Qarşılıqlı surətdə asılı olan şəxslər arasında faizsiz borc məbləği üzrə tərəflər arasında müqavilə bağlandığı halda faktiki olaraq faiz öhdəliyi yaranmır. Maliyyələşdirmə xidmətinin həyata keçirilməsi zamanı dövlət büdcəsinə ödənilməli verginin məqsədləri üçün hesablanmış faizlər yalnız vergitutma məqsədləri üçün tətbiq edilir.

Əlavə olaraq məlumat üçün bildiririk ki, təsisçi ilə hesablaşmalar aparılarkən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları da nəzərə alınmalıdır.

Bax: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cü və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

 
 

Şərh yazın