Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, nağd hesablaşmaları aparan vergi ödəyicisi elektron qaimə-fakturanın verilməsindən asılı olmayaraq mütləq qaydada NKA çekini təqdim etməlidir. Qeyd olunanlara əsasən səhiyyə müəssisələri nağd pul hesablaşmalarını NKA tətbiq etmədən, ciddi hesabat blankları vasitəsi ilə rəsmiləşdirə bilərlər. Bununla belə, həmin müəssisələrin öz istəklərinə əsasən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi də məhdudlaşdırılmır.
Bax: Vergi Məcəlləsinin 15.1.15-ci və 16.1.8-ci maddələri.