Mahizər Məmmədova, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (22.05.2018) (Oxunub: 45 dəfə, Orta qiymət: 4, ID: 17021)
Cavab: Bildiririk ki, işçi tərəfindən təhtəlhesab şəxs müəyyən xərclər, o cümlədən də qonaqların qarşılanması və s. ilə bağlı çəkilən xərclər müvafiq sənədlərlə təsdiqləndikdə, həmin şəxsə verilən məbləğ onun gəliri hesab olunmur. İşçi müvafiq sənədlərlə onun sərəncamına verilən məbləğin xərclənməsini təsdiqləyə bilmədikdə isə bu məbləğ onun gəliri hesab olunmaqla müvafiq qaydada gəlir verigisinə cəlb olunur.
Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı və dolğun məlumatın verilməsi ilə əlaqədar səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bax: Vergi Məcəlləsinin 98.1-ci və 98.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.