Hansı halda sadələşdirilmiş vergi ödəyicisinin gəlirləri mənfəət vergisinə cəlb edilir?

Hansı halda sadələşdirilmiş vergi ödəyicisinin gəlirləri mənfəət vergisinə cəlb edilir?

Dövlət Vergi Xidməti suala cavab verir

Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan rezident hüquqi şəxsin xaricdən dividend gəliri əldə etsə bu dividend gəlirinə görə satışdankənar gəlir kimi 2 faizlə vergi ödəyəcək yoxsa həmin gəlir üçün mənfəət bəyannaməsi təqdim edəcək? Əgər 2 faizlə vergiyə cəlb ediləcəksə VM 127-dəki hüququndan istifadə edə bilərmi? 
Cavab:  Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Buna əsasən sorğuda göstərilən halda, rezident hüquqi şəxsə xaricdən ödənilən dividend gəlirləri onun satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, rezident hüquqi şəxs tərəfindən Azərbaycan hüdudlarından kənarda əldə edilən dividend gəlirlərindən mənfəət vergisi ödənilərkən həmin gəlirlərdən xaricdə ödənilmiş vergi Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü və 127-ci maddələri.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər