Hansı halda vergi orqanı malların dəyərini düsturla hesablayacaq ? (5 VACİB MƏQAM)
Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə
1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.”
Malların alış dəyərini hesablamaq üçün, maddədə diqqətçəkən bir çox məqam var.
Birinci məqam. Düsturun tətbiqi üçün əsas həmin malların Məcəllə ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni, vergi nəzarəti tədbirləri zamanı məlum olarsa ki, həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparılıb, amma təqdimetmədə problemlər mövcuddur, o zaman malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.
İkinci məqam. Malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda, malların dəyərinin 1,2-yə bölünməsi düsturundan istifadə tətbiq olunmur.
Üçüncü məqam. Düsturdan istifadədə məqsəd malların alış qiymətini müəyyənləşdirməkdir. Yəni, vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da, həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.
Dördüncü məqam. Düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə - malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ilə tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallarına tətbiq ediləcək.
Beşinci məqam. Təqdim edilən malların ümumi dəyərinin ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmaması ilə bağlıdır. Yəni, dəvət edilən ekspet və mütəxəsis malların adı konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və s. fəaliyyət həyata keçirə bilməyəcək.
İndi isə misallar üzərində maliyyə sanksiyalarını hesablayaq.
Mİsal 1. Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri aşkar edir ki, vergi ödəyicisi 40 000 manatlıq malın təqdim edilməsi zamanı ad hissəsində sadəcə “məişət texnikası” qeyd edilib. Vergi orqanı alış sənədləri olmadığı üçün “məişət texnikası” adı altında hansı malların satılmasını müəyyən edə bilmir. O zaman maların alış dəyərini hesablamaq üçün təqdim edilən malların dəyərinin 1,2-ə bölünməsini həyata keçirir. Hesablamalara əsasən, malların alış dəyəri – 33 333,33 manat götürülərək maliyyə sanksiyası tətbiq edilir.
Mİsal 2. Vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən yoxlama dövrü ərzində “meyvə-tərəvəz” adı altında 24 000 manatlıq mal təqdim edilib. Vergi orqanı həmin malların alışı dəyərini müəyyən etmək üçün mütəxəssis dəvət edə bilmir, çünki vergi ödəyicisinin konkret hansı meyvələri (alma, armud və s.) təqdim etməsi haqqında informasiya yoxdur. Bu zaman vergi orqanı maliyyə sanksiyası tətbiq etmək üçün, malların təqdim edilmiş məbləğinin 1,20 bölünməsini həyata keçirir: 24 000 (təqdim olunan malların dəyəri) / 1,20 (istifadə edilən əmsal) = 20 000 manat.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
1 Komment
Tural 25 Dekabr 2022
Salam xahiş edirəm sizden gelecekde çap edeceyiniz kitablarda istehsalatla bağlı mövzuya daha geniş yer verin.2022 ci ildeki vergi uçotu kitabınız çox faydalı oldu. İnşallah 2023 de ele olar.
Şərh yazın