Cari vergi ödəmələrin hesablanması arayışın vaxtında təqdim edilməməsinə görə cərimə tətbiq edilir?

Cari vergi ödəmələrin hesablanması arayışın vaxtında təqdim edilməməsinə görə cərimə tətbiq edilir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dən Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddədə arayış dedikdə, Vergi Məcəlləsinin 16.2-ci maddəsi ilə tənzimlənən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim edilməli sənəd  nəzərdə tutulur.

Mİsal. Mənfəət (gəlir) vergisi ödəyiciləri Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq hər rübdən sonrakı ayın 15-ə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim etməlidirlər. Hesab edək ki, vergi ödəyicisi 15 aprel 2022-ci il tarixinə qədər həmin arayışı təqdim etməyib. Vergi orqanı “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinin 57.1-ci maddəsində qeyd edilən arayışın təqdim olunmamasına görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı təqdim etmədikdə, prosesin necə həyata keçiriləcəyi maraqlıdır. Əksər hallarda vergi ödəyicisi tərəfindən hesabat təqdim edilmədikdə, vergi orqanı Vergi Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan faiz hesablanmasını tətbiq edir.

Mİsal.  Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi 3 000 manatdır. Vergi ödəyicisi 2022-ci ilin II rübü üzrə Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı təqdim etməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsinin tələblərini nəzərə alaraq, 750 manat (3 500 manat (ötən dövrün mənfəət vergisi) x 25 faiz (Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq mənfəətin ¼-i)) vergi hesablayacaq.

Digər hal da mümkündür ki, vergi ödəyicisi öncəki il zərərlə işləsin və ya mənfəət (gəlir) vergisi ödəyicisi olmasın. Bu zaman vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun təqdim etməli olduğu halda, hər hansı arayış formasını vergi orqanına göndərmir. Təbii ki, vergi orqanı da Vergi Məcəlləsinin 151.1-ci maddəsinin tələblərinə uyğun hesablama həyata keçirmir. Çünki vergi ödəyicisinin ötən il üzrə mənfəəti olmadığından cari vergi ödəməsi hesablanması üçün baza mövcud olmur.

Fikrimizcə, vergi orqanı belə hallarda Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq əlaqəli (vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-faktura, real vaxtı rejimində qoşulan NKS çeki, bank məlumatları və s.) məlumatlar əsasında cari vergi ödəməsi hesablamaq hüququna malik olacaq.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər