Təhtəlhesab şəxs ona verilən vəsaiti gec qaytardıqda, proses necə tənzimlənir?

Təhtəlhesab şəxs ona verilən vəsaiti gec qaytardıqda, proses necə tənzimlənir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Altıncı məqam. Təhtəlhesab şəxs ona verilən vəsaiti qaydalara uyğun qaytarmadıqda onun gəliri hesab edilir.

Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.

Mİsal 1.  Vergi ödəyicisi təhtəlhesab şəxsə 1 dekabr 2020-ci il tarixdə 2000 manat vəsait verib. Təhtəlhesab şəxs 15 dekabr 2020-ci il tarixdə 1650 manatlıq avans hesabatı təqdim edib və 300 manatlıq qalıq vəsaiti kassaya qaytarıb. Bu halda həmin vəsaitin vergi ödəyicisinin muzdlu işlə əlaqədar alınan gəliri hesab edilib-edilməməsi müzakirələrə səbəb olub. Bəzi mütəxəssislərimiz hesab edirlər ki, vəsait təhtəlhesab şəxs tərəfindən geri qaytarıldığı üçün onun gəliri sayılmamalıdır. Amma Vergi Məcəlləsinin 98.2.7-ci maddəsində “müəyyən edilmiş qaydada geri qaytarılmadıqda” ifadəsindən istifadə edilib. Göründüyü kimi, vəsaitin qaydalara uyğun geri qaytarılmaması imkan verir ki, həmin vəsait təhtəlhesab şəxsin gəliri hesab edilsin. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilə bilər.

Mİsal 2. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicisi 2 dekabr 2020-ci il tarixdə təhtəlhesab şəxsə vəsait verib. İşçi 5 iş günü keçməsinə baxmayaraq, avans hesabatı təqdim etməyib. Vergi orqanının vəzifəli şəxsi həmin məbləği təhtəlhesab şəxsin muzdlu işlə əlaqədar alınan gəliri kimi tanıyıb, icbari ödənişlərə cəlb edə bilər.

Qaydaların tətbiqi nağd vəsaitlərin uçotunun təkmilləşdirilməsi ilə yanaşı, vergi nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin pul vəsaitlərinin uçotdan gizlədilməsinin qarşısını almağa hesablanmış addımdır. Çünki bu qaydalar tətbiq edilmədikdə vergi ödəyicisi yüksək məbləğdə vəsaiti təhtəlhesab şəxsə avans kimi yazmaqla, kassada olmalı vəsaiti leqallaşdıra bilirdi. Qanunvericilikdə həmin vəsaitlərin hansı müddətə qaytarılması ilə bağlı tələb olmadığı üçün vergi orqanı maliyyə sanksiyası tətbiq etməkdə çətinliklə qarşılaşırdı. Qaydaların qəbulundan sonra qeyd olunan boşluq aradan qaldırılıb.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın