Səhifəni çap et
Cümə axşamı, 12 May 2022 11:40

Digər işçilərdə müəssisə daxili qaydalar olmadan işəgötürənin təşəbbüsü ilə mükafatlandırılma ola bilər?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi Vergi, İnzibati Xətalar və Cinayət məcəllələri ilə tənzimlənir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə (bəzi istisnalar nəzərə alınmaqla) maliyyə sanksiyası tətbiq edilərsə, o zaman Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad olunur. Əgər vergi orqanı vergi ödəyicisinə inzibati qaydada cərimə tətbiq edirsə, o halda İnzibati Xətalar Məcəlləsinə istinad olunacaq.

 Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mİsal 1. Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə 2020-ci ilin 3-cü rübü üzrə vergi bəyannaməsini təqdim etmədiyi üçün 40 manat maliyyə sanksiyası tətbiq etdiyi halda Vergi Məcəlləsinin 58-ci maddəsinə istinad olunacaq.

Mİsal 2.  Vergi orqanı vergi nəzarəti tədbirləri çərçivəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi müəyyən edib. Bu zaman vergi orqanı İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə istinad edəcək.

Mİsal 3.  Vergi orqanı səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbirləri nəticəsində 15 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini aşkar edib. Bu halda vergi orqanı Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə istinad edəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.