Çərşənbə, 04 May 2022 07:12

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, ƏDV qeydiyyatı ləğv olunur?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Təcrübədə belə hala rast gəlinir ki, ƏDV ödəyicisi fəaliyyətini müvəqqəti dayandırmaq haqqında qərar verir. Fəaliyyətin müvəqqəti dayandırılması Vergi Məcəlləsinin 158.1-ci maddəsindəki ləğvə əsas vermir. Vergi Məcəlləsinin 158.1-ci maddəsində qeyd edilir ki, vergi ödəyicisi, o cümlədən Vergi Məcəlləsinin 218.1.2-ci  maddəsində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 16.3-cü maddəsində qeyd olunan hallar istisna təşkil edir. Vergi Məcəlləsinin 16.3-cü madəsində məhz vergi ödəyicisinin vergi ilində sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırması prosesi nəzərdə tutulur.

Mİsal. ƏDV ödəyicisi olan “A” MMC fəaliyyətini 1 il dayandırmaq haqqında vergi orqanına müraciət edir. Bu müddət başa çatdıqdan sonra və ya müddət ərzində “A” MMC fəaliyyətə başlayarsa, o zaman yenidən ƏDV ödəyicisi kimi fəaliyyətinə davam etməlidir.

 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın