Nizamnamə kapitalının ödənilməməsinə görə cərimə hansı hallarda tətbiq olunur?

Nizamnamə kapitalının ödənilməməsinə görə cərimə hansı hallarda tətbiq olunur?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

31 may 2024-cü il tarixli, 1168-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə  İnzibati Xətalar Məcəlləsinə 405-1-ci maddə əlavə  edilib. İnzibati Xətalar Məcəlləsinin “Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsi” adlı 405-1-ci maddəsi iki bənddən ibarətdir. İlk bənddəki inzibati cərimə nizamnamə kapitalının tamamilə ödənilməməməsi ilə bağlıdır:
405-1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət təsis edilərkən əgər nizamnamə kapitalının ödənilməsi üçün vaxt müəyyən etməyiblərsə, qeydiyyata alınanadək nizamnamə kapitalını ödəməlidirlər. Həmin maddənin ikinci hissəsində qeyd edilir ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.
İnzibati Xətalar Məcələsinə daxil edilən maddəyə əsasən yuxarıda qeyd edilən müddətlərdə nizamnamə kapitalı tamamilə ödənilmədiyi halda, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinin 405-1-ci maddəsinin ikinci bəndi isə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə nəzərdə tutulub: 
405-1.2. Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
21 may 2024-cü ili tarixli qanunla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa 5.8-ci maddə əlavə edilib. Əlavə edilən maddəyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən, vergi ödəyicisi tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatı 5 iş günü müddətində Dövlət Vergi Xidmətinə verməlidir. 
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, İnzibati Xətalar Məcəlləsinin 405-1-ci maddəsi üzrə inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə verilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər