Vergi ödəyicisi alış aktı ilə vətəndaşdan istənilən malı ala bilər?

Vergi ödəyicisi alış aktı ilə vətəndaşdan istənilən malı ala bilər?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Həmkarlarımız arasından mübahisə doğuran məsələlərdən biri də “Malların alış aktı” ilə alınan malların növü ilə bağlıdır. Bəziləri hesab edirlər ki, vergi ödəyicisinə vətəndaşdan yalnız “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların alışını “Malların alış aktı” ilə rəsmiləşdirməyə icazə verilir. Digərlərinin fikrincə isə, vətəndaşdan alınan malın təyinatı ilə bağlı məhdudiyyət yoxdur. Bu metal qırıntısı da ola bilər, nəqliyyat vasitəsi də.
Nazirlər Kabinetinin 7  iyul 2020-ci  il  tarixli, 243 nömrəli Qərarı ilə “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilib. Həmin qaydalarda elektron alış aktının tərifi verilib. Anlayışın açıqlanmasında qeyd edilir ki, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Anlayışdan göründüyü kimi, elektron alış aktı ilə məhdudiyyət  tələbi yalnız vergi orqanında uçotda olan fiziki şəxslərə qoyulub. Yəni vergi ödəyicisinin mal aldığı şəxs vergi orqanında uçota alınmayan vətəndaş olmalıdır. Malların tipi ilə bağlı fərqli yanaşma ödəmə mənbəyində vergi tutulması ilə bağlıdır ki, bu haqda geniş məlumatı növbəti səhifələrdə təqdim etmişik.
Qeyd edək ki, yeni portal olan new.e-taxes.gov.az saytında da elektron alış aktını qeyd etdikdə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısı ilə “digər məhsulların qəbulu” alt bölməsi də təqdim edlir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər