ƏDV tutulan əməliyyat üzrə ödəmə zamanı ƏDV məbləği əsas götürüləcək?
Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə
Öncəki bölmələrdə qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 166.7-ci maddəsi ilə bağlı dəyişiklik edərək ƏDV məbləğinin ödənilməsini Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri üçün ödəmə kimi qəbul edilməsinə qərar verildi. Bu səbəbədən də, Vergi Məcəlləsinin 166.7-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.
Misal üçün, 2023-cü ildə vergi ödəyicisi təqdim etdiyi 20 000 (ƏDV-siz) manatlıq mal üzrə qarşı tərəf yalnız 3 600 manat (20 000 x 18 faiz) ƏDV-ni depozit hesabına ödəyirdisə, bu zaman vergi ödəyicisi daxil olan həmin məbləğə uyğun ƏDV bəyannməsində ƏDV-ni bəyan etmir. Bir başqa hal. Qarşı tərəf 20 000 manatlıq malın 10 000 manatlıq hissəsini ödəsə də ƏDV-ni tam ödəməsinə baxmayaraq, vergi ödəyicisi ƏDV bəyannaməsində 20 000 manat yox, 10 000 manatlıq məbləğ üzrə ƏDV-ni bəyan etməli idi.
Yeni dəyişiklikdən sonra ƏDV bəyannaməsində məbləğlərin qeyd edilməsi fərqli oldu. Misal üçün, ƏDV ödəyicisi 3 000 manatlıq (ƏDV-siz) xidməti 2024-cü ilin may ayında göstərib. Qarşı tərəf həmin ayda 2 000 manatlıq xidmətin dəyərini və 540 manat məbləğində ƏDV ödəyib. Bu zaman ən yüksək olan ƏDV məbləği üzrə dövriyyə əsas götürüldüyü üçün, 2 000 manat daxil olmasına baxmayaraq, ƏDV bəyannaməsində 3 000 manat qeyd edilməlidir:
Burada sual yaranır ki, bəyannamənin debitor borclarla bağlı bölməsində ay ərzində daxilolma 3 000 manat, yoxsa 2 000 manat qeyd edilməlidir?
Bəzi həmkarlarımız hesab edirlər ki, vergi ödəyicisi 3 000 manat üzrə ƏDV-ni bəyan etdiyi üçün debitor borclarda da həmin məbləği qeyd etməlidir. Çünki 2 000 manat daxil etsə, ƏDV bəyannaməsi üzrə vergi orqanından uyğunsuzluq daxil olacaq, Əlavə 3-dəki daxil olmuş məbləğlə debitor borclar üzrə daxilolma arasında uyğunsuzluq yaranıb.
Digər yanaşma ondan ibarətdir ki, ƏDV ödəyicisi Əlavə 3-ün müvafiq sətrində daxilolma kimi 3 000 manat qeyd etsə də, debitor borcları bölməsində 2 000 manat göstərməlidir. Əgər vergi orqanından cari bəyannamə üzrə kameral uyğunsuzluq məktubu daxil olsa, ƏDV ödəyicisi bəyannmənin 3 saylı Əlavəsində yaranan fərqin depozit hesabına daxil olan ƏDV məbləği üzrə olmasını qeyd etməlidir. Bir məsələni nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 16.10-cu maddəsinə uyğun ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə formasını vergi orqanına elektron qaydada vergi orqanına təqdim etməlidir. Bu səbəbdən də, ƏDV ödəyicisinin dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannməsindəki debitor borc məbləği kreditor və debitor borcları barədə məlumat formasındakı rəqəmlə eyni olmalıdır.
Qeyd edək ki, əksər vergi ödəyiciləri hər ay kameral uyğunsuzluq gəlməməsi üçün birinci yanaşmanı yəni debitor borcdakı məbləği ƏDV ödənişi üzərindən hesablanmasını həyata keçirirlər.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın