POS-terminal avandanlığı almadan vergi orqanından maliyyə sanksiyasından necə yayınmaq olar?

POS-terminal avandanlığı almadan vergi orqanından maliyyə sanksiyasından necə yayınmaq olar?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Azərbaycan Respublikasının Baş nazirinin 18 may 2022-ci il, 192 saylı qərarı ilə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli, 219 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişiklikdən sonra POS-terminal anlayışı aşağıdakı redaksiyada təsdiq edilib:
“POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq).”
Açıqlamadan göründüyü kimi, POS-terminal anlayışının açılışına “lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı” əlavə edilib. 
Qeyd edək ki, “Kapital Bank” ASC-nin təqdim etdiyi elektron xidmətə əsasən, vergi ödəyicisi smart telefon vasitəsilə müştəridən ödənişləri nağdsız formada qəbul edə bilər. Bunun üçün 2 əsas tələb mövcuddur. Birincisi, vergi ödəyicisi “Kapital Bank”da hesab açmalıdır. İkincisi isə, vergi ödəyicisinin telefonu ödənişlərin qəbulu üçün NFC-ni dəstəkləməlidir.
Qeyd edək ki, artıq bəzi kredit təşkilatları smart telefon vasitəsilə pos-terminal quraşdırılmasına imkanlar yaradıblar. Bu səbəbdən də, pos-terminal vasitəsilə ödənişləri az olan vergi ödəyiciləri smart telefon üzərindən pos-terminal quraşdırmaqla həm əlavə maliyyə xərclərindən, həm də vergi orqanının mümkün maliyyə sanksiyalarından qurtulmuş olurlar.

Qeyd edək ki, vergi ödəyicisinin POS-terminallar haqqında məlumatı new.e-taxes.gov.az saytından “şəxsi məlumatlar” bölməsindəki “POS-Terminallar’ altbölməsindən ətraflı məlumat əldə etmək mümkündür:

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər