Vahid bəyannamə üzrə hansı kameral uyğunsuzluq  məktubu gələ bilər?

Vahid bəyannamə üzrə hansı kameral uyğunsuzluq  məktubu gələ bilər?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Vahid bəyannamə təqdim edilmədən öncə proqram təminatı tərəfindən yoxlanılma həyata keçirilir. Hər hansı uyğunsuzluq aşkar olunarsa, vergi orqanı tərəfindən həmin uyğunsuzluq haqqında bildiriş təqdim olunur. Vergi ödəyicisi həmin uyğunsuzluqları aradan qaldırdıqda bəyannaməni göndərmək səlahiyyəti verilir. Vergi orqanı tərəfindən vahid bəyannamə üzrə kameral uyğunsuzluqlar əsasən AVİS-dən kənar və ya mənfəət (gəlir) vergisi bəyannamələrinin yoxlanılması hallarında baş verir. 
AVİS-dən kənar yoxlamalar zamanı uyğunsuzluq Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzrə daxil edilən məlumatların üzləşdirilməsi zamanı baş verə bilər. Misal üçün, vergi ödəyicisi ƏMAS altsistemində 10 işçi qeydiyyata alsa da, vahid bəyannamədə daha az işçi sayı qeyd edir. Digər misal. Əmək haqqı məbləğləri üzrə fərqin yaranması da mümkündür. Vergi ödəyicisinin ƏMAS altsistemində qeyd etdiyi tariff (vəzifə) maaşı üzrə əmək haqqı fondu 30 000 manat olduğu halda, vahid bəyannamədə 20 000 manat qeyd edilərsə, vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubu göndərilə bilər. Təcrübədə işçilərin sayı üzrə uyğunsuzluq yarandıqda dövlət qurumu tərəfindən göndərilən məktubda vergi ödəyicisi tərəfindən vahid bəyannamədə adları qeyd edilən amma ƏMAS altsistemində mövcud olmayan şəxslərın aşkar olunduğu qeyd edilir. Məktubda həmin şəxslərlə əmək müqaviləsinin bağlanması və müvafiq əmək müqaviləsi bildirişinin ƏMAS alstisteminə daxil edilməsi vergi ödəyicisindən tələb edilir.
AVİS-dən kənar yoxlamalara aid digər hal işçilərin vəzifə (tarif) maaşının aşağı olması və ya minimum əmək haqqından (345 manat) az olması hallarını da misal göstərmək olar.
Vahid bəyannamənin mənfəət (gəlir) vergisi bəyannamələri ilə üzləşdirilməsi hallarına isə mənfəət (gəlir) vergisi bəyannamələrinin doldurulması ilə bağlı bölmədə geniş yer ayrırmışıq. Bu zaman vergi ödəyicisinin IV rüb üzrə təqdim etdiyi vahid bəyannamələr əsasında əmək haqqı məbləği və (və ya) əmək haqqı fondundan hesablanan məbləğlər üzrə kənarlaşmalar olarsa, vergi orqanı tərəfindən kameral uyğunsuzluq bildirişi gələ bilər. Hətta mümkündür ki, həmin uyğunsuzluq səbəbindən vergi orqanı tərəfindən qeyd edilən xərclərin azadılması aparılsın:

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər