Vergi ödəyicisi nəqliyyat vasitəsi idxal etdikdə vergi orqanı tərəfindən hansı kameral uyğunsuzluq göndərilə bilər?

Vergi ödəyicisi nəqliyyat vasitəsi idxal etdikdə vergi orqanı tərəfindən hansı kameral uyğunsuzluq göndərilə bilər?

Satışa START verilən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Təcrübədə fiziki şəxslərin şəxsi istifadəsi üçün aldığı minik avtomobilləri ilə bağlı vergi orqanı tərəfindən uyğunsuzluq məktubları göndərilir. Kameral uyğunsuzluğun səbəbi həmin nəqliyyat vasitəsi üzrə məbləğin 1 saylı Əlavədə qeyd edilməməsidir. Vergi orqanı kameral uyğunsuzluqla bağlı məktubunda idxal edilmiş əsas vəsaitlərin dəyərindən kənarlaşmanın olmasını qeyd edir:


Təcrübədə bu cür hallarda vergi ödəyicisi şəxsi məqsədlər üçün əldə etdiyi minik avtomobili olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (“texpasport”un) surətini vergi orqanına göndərir. Məsləhət görərdik ki, vergi ödəyicisi cavab məktubunda həmin nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyətində istifadə etmədiyi səbəbindən 1 saylı Əlavədə göstərmədiyini bildirsin.Təcrübədə vergi orqanı bu izahatı əsaslı sayır. Ancaq bəzi hallarda vergi orqanı vergi ödəyicisinin nəqliyyat vasitəsi ilə bağlı cavab məktubunu nəzərə almır. Bu əsasən iki halda mümkün olur:
- Vergi ödəyicisinin əldə etdiyi minik avtomobillərin onun mülkiyyətində olmaması;
Vergi ödəyicisinin idxal etdiyi minik avtomobilini qısa zaman kəsiyində başqa şəxsə təqdim etməsi vergi orqanında nəqliyyat vasitəsinin sahibkarlıq məqsədi daşıması fikri yarada bilər. İdxal edilən nəqliyyat vasitəsinin sayı birdən çox olduqda və həmin minik avtomobilləri fiziki şəxsin mülkiyyətində olmadıqda vergi orqanı əlavə vergi hesablaya bilər. Vergi orqanı həmin nəqliyyat vasitələrinin vergi ödəyicisinin mülkiyyətində olub-olmamasını dəqiqləşdirmək üçün AVİS-dən kənar yoxlama zamanı dövlət qurumlarından aldığı məlumatlara istinad edir:
Vergi orqanı vergi ödəyicisinin nəqliyyat vasitələrini şəxsi istifadə üçün yox, satış məqsədilə əldə etməsi qənaətinə gəldikdə, əlavə verginin hesablanması haqqında qərarı vergi ödəyicisinə göndərir:


-  İdxal olan nəqliyyat vasitəsinin minik avtomobili yox, yük nəqliyyat vasitəsi olması.
Vergi orqanı hesab edir ki, fiziki şəxs, adətən şəxsi istifadə üçün yük nəqliyyat vasitəsi gətirmir. Ona görə də vergi ödəyicisindən nəqliyyat vasitəsini 1 saylı Əlavədə qeyd eymək tələb olunur. Əgər idxal olunan nəqliyyat vasitəsi vergi ödəyicisinin mülkiyyətində olmasa, bu zaman təqdimetmə zamanı yaranan vergi öhdəliyinin dövlət büdcəsinə bəyan edilməsinə ehtiyac yaranacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər