Avans ödənişləri üzrə elektron qaimə-faktura ƏDV-nin əvəzləşdirilməsinə əsas verir?

Avans ödənişləri üzrə elektron qaimə-faktura ƏDV-nin əvəzləşdirilməsinə əsas verir?

Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Beşinci məqam. Avans ödənişləri üzrə elektron qaimə-fakturanın təqdim edilməsi ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir.
Bildiyimiz kimi, Vergi Məcəlləsinin 166.6-ci maddəsinə əsasən, ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Maddənin tələblərindən göründüyü kimi, vergi ödəyicisi qarşı tərəfdən avans ödənişi alarsa, həmin məbləğ Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV baxımdan vergi tutulan əməliyyat hesab edilir. 
Mİsal.  ƏDV ödəyicisi qarşı tərəflə bağladığı müqaviləyə əsasən iyul ayında 6 000 manatlıq mal və ya xidmət təqdim edəcək. Müqaviləyə uyğun olaraq ödənişin 50 faizi iyun ayında avans ödəniləcək. Bu zaman qarşı tərəf 3 000 manat (6 000 manat x 50 faiz) məbləğində avansı iyunda ödəyərsə, vergi ödəyicisi həmin məbləği ƏDV bəyannaməsində qeyd edəcək. Bu səbəbdən də 540 manat (3 000 manat x 18 faiz (ƏDV-nin dərəcəsi) məbləğində ƏDV bəyan edilmiş olacaq.   
Bəzi hallarda 3 000 manat avans ödəyən şəxs 540 manatlıq ƏDV məbləğini ƏDV depozit hesabına ödəyir. Avans ödənişləri həyata keçirən vergi ödəyicisi qarşı tərəfdən avans ödənişləri haqqında elektron qaimə-faktura alsa da, ödənilən məbləğlərə Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirmə hüququ yaranmayacaq. Yəni qarşı tərəfin “Avans ödənişləri barədə” elektron qaimə-faktura verməsi avansı ödəyən şəxs üçün əvəzləşdirmə hüququ vermir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər