Mikro sahibkarlıq subyekti ilin son aylarında fəaliyyətə başlarsa, güzəşt üçün işçi sayı necə tənzimlənməlidir?

Mikro sahibkarlıq subyekti ilin son aylarında fəaliyyətə başlarsa, güzəşt üçün işçi sayı necə tənzimlənməlidir?

Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

...

Dördüncü məqam ilin müəyyən hissəsində fəaliyyətə başlayanlar üçün orta aylıq muzdlu işçi sayının necə hesablanması ilə bağlıdır. 
Mİsal. Vergi ödəyicisi 2023-cü ilin iyul ayında fəaliyyətə başlayıb. İyul ayından dekabr ayının sonuna kimi hər ay işçi sayı 3 olub. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd edilir ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Maddənin tələblərinə əsasən, orta muzdlu işçi sayı 1,5 ((3 işçi x 6 ay) /12) işçi olacaq ki, bu da güzəştin tətbiq olunması üçün müəyyənləşdirilən tələbə uyğun deyil. 
Maddənin tələbləri baxımından yanaşsaq, vergi orqanının vergi ödəyicisinə 75 faizlik güzəşt tətbiq etməməsi başadüşüləndir. Amma mümkündür ki, vergi ödəyicisini təqdim etdiyi sənədlər və apardığı əməliyyatların xüsusiyyətinə görə ona 75 fazilik güzəştin tətbiq edilməsinə baxılsın. Bəzi hallarda mümkündür ki, hər hansı mikro sahibkarlıq subyekti ilin son aylarında 3 işçi ilə fəaliyyətə başlayaraq yüksək dövriyyə yaratmaqla 75 faizlik güzəştdən yararlanmaq istəsin. Ancaq o da mümkündür ki, vergi orqanı maddənin tələblərinə uyğun olaraq, ona 75 faizlik güzəşt hüququndan yararlanmaq imkanı yaratmasın. 
Mİsal. 2024-cü ilin oktyabr ayında fəaliyyətə başlayan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinə 180 000 manat məbləğində ödəniş həyata keçirilib. Həmin mikro sahibkarın oktyabr-noyabr aylarında işçi sayı 3 nəfər olsa da, vergi orqanı 75 faizlik güzəştdən yararlanması hüququndan istifadə etməyə imkan verməyə bilər. Çünki, 180 000 manatlıq ödənişi həyata keçirən vergi ödəyicisinin məqsədi süni xərc formalaşdırmaqla mənfəət vergisi üzrə 20 faizlik ödəmədən yayınması ola bilər. Amma həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi 3 ay ərzində işçi sayı 36 və ya 36-dan çox olarsa, o zaman 75 faizlik güzəştdən istifadə etmək hüququna malik olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər