Avans qaimə üzrə rast gəlinən problemlər nələrdən ibarətdir? (2 HAL)

Avans qaimə üzrə rast gəlinən problemlər nələrdən ibarətdir? (2 HAL)

Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Təcrübədə avans elektron qaimələrin tətbiq edilməsi ilə bağlı rast gəlinən hallardan ikisini həmkarlarımızın diqqətinə çatdırırıq.
Mİsal.  Vergi ödəyicisi alqı-satqı müqaviləsinə əsasən qarşı tərəfə 10 000 manatlıq müxtəlif tikini materialları təqdim edəcək. Müqaviləyə əsasən qarşı tərəf müqavilə nəzərdə tutulan məbləğin 30 faizi qədər avans ödəməlidir. Malları təqdim edən vergi ödəyicisi avans  ödənişləri üzrə elektron qaimə-faktura üzrə malların kodlarını da sənədə daxil etməlidir. Amma mümkündür ki, vergi ödəyicisinin 3000 manatlıq avans məbləğini əhatə edəcək  malların siyahısını öncədən dəqiqləşdirmək mümkün olmasın. Avans ödənişləri üzrə elektron qaimə-fakturada malların təsnifat kodları üzrə qeyd edilməsi vergi ödəyiciləri üçün müəyyən problemlərin yaranmasına səbəb olur.
Digər hal isə avans üzrə elektron qaimə-faktura təqdim edildikdə malların təqdim olunması üzrə sənəddə cəmi məbləğin qeyd edilməsinə fərqli münasibətlərin olmasıdıır.
Mİsal.  Vergi ödəyicisi qarşı tərəfə təqdim ediləcək 500 manatlıq mal üçün 200 manatlıq avans ödənişləri üzrə elektron qaimə-faktura təqdm edib. Malların təqdim olunması zamanı vergi ödəyicisi 500 manatlıq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim etdikdə, həmçinin 200 manatlıq avans ödənişləri üzrə qeydi həyata keçirir. Təəssüf ki, bəzi həmkarlarımız hesab edirlər ki, 500 manatlıq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura  təqdim olduğu üçün 200 manatlıq avans elektron qaimə-faktura ləğv edilməlidir. Səbəb kimi iki elektron qaimə faktura üzrə cəmi məbləğin 700 manat olmasını, lakin qarşı tərəfin 500 manatlıq mallar təqdim etməsini göstərirlər. Bildirmək istəyirik ki, 200 manatlıq avans ödənişləri üzrə elektron qaimə-faktura sadəcə avans ödənişləri məqsədilə verildiyi üçün malların uçotu baxımından 500 manatlıq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasdır. Bu səbəbdən də, öncədən təqdim olunan avans ödənişləri üzrə elektron qaimə-fakturanın ləğv edilməsinə ehtiyac yoxdur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər