Vergi ödəyicisi hansı növ bəyannaməni və ya bəyannamələri vergi orqanına təqdim etməli olduğunu necə müəyyənləşdirməlidir?

Vergi ödəyicisi hansı növ bəyannaməni və ya bəyannamələri vergi orqanına təqdim etməli olduğunu necə müəyyənləşdirməlidir?

Satışı davam edən "Vergi Məcəlləsi: Ümumi hissənin izahı" (IV nəşr) kitabından seçmə

Həmkarlardan suallar daxil olur ki, vergi ödəyicisi hansı növ bəyannaməni və ya bəyannamələri vergi orqanına təqdim etməli olduğunu necə müəyyənləşdirməlidir? Qeyd edək ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə onun vergi mükəlləfiyyətinə uyğun müəyyənləşdirilir.
Mİsal 5. Sadələşdirilmiş vergi ödəyicisi 1 sentyabr 2021-ci il tarixdən ƏDV qeydiyyatına alınır. Bu zaman vergi ödəyicisinin vergi mükəlləfiyyətində dəyişiklik baş verir. Vergi ödəyicisi 2021-ci ilin 3-cü rübünün 2 ayı üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməli olur, həmçinin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etmək öhdəliyi yaranır. Vergi ödəyicisi iki bəyannamədən hər hansı birini təqdim etməzsə, o halda Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq. Sadələşdirilmiş vergi bəyannaməsi bağlanılmaqla vergi ödəyicisinin mənfəət (gəlir) vergisi mükəlləfiyyəti aktiv olur.
Mİsal  6. Gəlir (mənfəət) vergisi ödəyicisi olan şəxs 2020-ci ildə hər hansı əsas vəsaitə malik olmayıb. 2021-ci ilin sonuna vergi ödəyicisinin əmlakı olmasına baxmayaraq, bu haqda vergi orqanına bəyannamə təqdim etməyib. 2022-ci ilin may ayında vergi nəzarəti tədbirləri nəticəsində qeyd edilən hal aşkar edildikdə, 2020-cü il üzrə vergi ödəyicisinin əmlak vergisi mükəlləfiyyəti yaranmadığı üçün maliyyə sanksiyası tətbiq edilməyəcək. Amma 2021-ci il üzrə əmlak vergisi bəyannaməsi 31 mart 2022-ci il tarixinə kimi təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər