PMS Sertifikatı üzrə imtahanlarda ƏDV-lə bağlı 10 ballıq sualın izahından seçmə

PMS Sertifikatı üzrə imtahanlarda ƏDV-lə bağlı 10 ballıq sualın izahından seçmə

Satışı davam edən "PMS Sertifikatı (II) Mərhələ - III nəşr" kitabından seçmə

ƏDV ilə bağlı bağlı əməliyyatları 4 qrupa bölmək olar:
-    ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar;
Öncəki səhifələrdə qeyd edilən hallar üzrə malların (işlər, xidmətlərin) təqdim edilməsi ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar hesab edilir.
-    ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb edilən əməliyyatlar;
ƏDV-nin sıfır (0) dərəcəsi ilə tutulması Vergi Məcəlləsinin 165-cı maddəsi ilə tənzimlənir. Misal üçün, qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı ƏDV-nin sifır (0) dərəcə ilə tutulması həyata keçirilməldir. Digər hal kimi malların və Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracını göstərmək lazımdır. ƏDV-nin sıfır (0) dərəcəsi ilə tutulmasını ƏDV-yə cəlb edilən əməliyyat kimi qiymətləndirmək olsa da, həmin proses zamanı ƏDV-nin bəyan edilməsi həyata keçirilmir.
-    ƏDV-dən azad olunan əməliyyatlar;
Vergi Məcəlləsinin 164-cü, “Vergi ödəməkdən azad edilmə” adlı maddədə ƏDV-dən azad olunan əməliyyatların siyahısı verilib. Misal üçün, maliyyə xidmətlərinin göstərilməsi və buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı kimi halları göstərmək olar. Bu halda ƏDV ödəyicisi təqdim etdiyi mallara (işlərə, xidmətlərə) ƏDV hesablaması həyata keçirə bilməz. Həmçinin Gömrük Komitəsi də ƏDV-dən azad edilən mallara ƏDV məbləği tətbiq etmir.
1 yanvar 2024-cü il tarixdən ƏDV-dən azad olunan maddələrlə bağlı bir dəyişikliyi xüsusi vurğulamaq istəyirik. Vergi Məcəlləsinə əlavə edilən 164.1.2-1-ci maddəyə əsasən, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi ƏDV-dən azad edilir. 
Mİsal 3. Vergi ödəyicisi qarşı tərəfdən ƏDV ödəməklə əsas vəsait əldə edib. Bu zaman vergi ödəyicisi lizinq əməliyyatları zamanı həmin vəsaiti hansı tip vergi ödəyicisinə təqdim etməsindən asılı olmayaraq əsas vəsaitin dəyərinə ƏDV tətbiq etməlidir. Təbii ki, lizinq müqaviləsi üzrə yaranan faiz məbləği Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə  uyğun olaraq ƏDV-yə cəlb edilməyəcək.
-    ƏDV-yə cəlb edilməyən əməliyyatlar.
Sonuncu ƏDV-yə cəlb edilməyən əməliyyatlar yuxarıda 3 hala aid edilməyən hallardır. Misal üçün, ƏDV ödəyicisi Türkiyədəki malların Yunanıstana daşınması xidmətini göstərib. Başqa bir misal olaraq, qeyri-rezident ƏDV ödəyicisinin xarici ölkədə olan nəqliyyat vasitəsinə təmir xərci çəkməsidir.
ƏDV ilə bağlı əməliyyatların 4 cür təsnifləşdirməkdə bir məqsəd də PMS sertifikatı ilə bağlı imtahanın suallarında əvəzləşdirmə zamanı xüsusi çəkinin düzgün müəyyənləşdirilməsidir. Bəzi həmkarlarımız ƏDV-yə cəlb edilməyən əməliyyatları ƏDV-dən azad olunan əməliyyatlar kimi nəzərə alırlar ki, bu da xüsusi çəkinin müəyyənləşdirilməsində yanlışlığa səbəb olur. Başqa hal isə, xüsusi çəki müəyyənləşdirilərkən bəzən ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb edilən əməliyyatların ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlarla birgə nəzərə alınmamasıdır. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər