DVX-nin təqdimatında: Sadələşdirilmiş verginin ödəyicisi olan fiziki şəxsə hansı güzəşt ediləcək?

DVX-nin təqdimatında: Sadələşdirilmiş verginin ödəyicisi olan fiziki şəxsə hansı güzəşt ediləcək?

Sual: Sadələşdirilmiş verginin ödəyicisi kimi, mikro sahibkarlıq subyekti olmaqla, Bakı şəhərində geyim mallarının pərakəndə satışı ilə məşğulam. 2024-cü ilin 1-ci rübü üzrə hasilatım 10.000 manat olmuşdur. Fəaliyyətimlə bağlı
xərclərim və sosial yüküm çox olduğundan qazancım xərclərimi ödəmir. Bilmək istərdim: Vergi Məcəlləsində bu fəaliyyətlə bağlı hər hansı vergi güzəşti nəzərdə tutulubmu?
Cavab: Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır. Buna əsasən, 2024-cü ilin 1-ci rübü üzrə tərəfinizdən hesablanmış rüblük məcburi dövlət sosial sığorta haqqının 25 faizi (86,25x25%x3=64,69 manat) rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən çıxılmaqla yerdə qalan məbləğ dövlət büdcəsinə ödənilir (10.000x2%-64,69=135,31).
Əsas: Vergi Məcəlləsinin 221.1-1-ci maddəsi

Mənbə: DVX-nin hazırladığı Vergi Məcəlləsində dəyişikliklərlə bağlı sual-cavab kitabçası

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər