DƏYİŞİKLİK! Hansı tip vergi ödəyicilərinə  yeni maliyyə sanksiyası tətbiq edilir?

DƏYİŞİKLİK! Hansı tip vergi ödəyicilərinə  yeni maliyyə sanksiyası tətbiq edilir?

Satışı yekunlaşan "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinə əlavə edilən 58.15-1-ci maddəyə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında (Maddə 58.15-1.1.);
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verdikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında (Maddə 58.15-1.2.);
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında (Maddə 58.15-1.3.).
Maddənin tələblərinin misallarla izah etməkdən öncə bildirmək istəyirik ki, vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilməsi üçün mütləq həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi olması haqqında qərar qəbul edilməlidir.
Mİsal. Vergi orqanı tərəfindən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilən vergi ödəyicisinin 2024-cü il aprel ayında 30 000 manat məbləğində əmtəəsiz əməliyyat aparması müəyyən edilib. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında, yəni 3 000 manat məbləğində maliyyə sankiyası tətbiq ediləcək.
Nazirlər Kabinetinin riskli vergi ödəyicisi ilə bağlı qərarına ediləcək dəyişikliklə bağlı bildirildi ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün şərtlərdən biri də əmtəəsiz əməliyyat üzrə maliyyə sanksiyasının ödənilməsi tələbi olacaq. Ümumiyyətlə, Vergi Məcəlləsinin 58.15-1-ci maddəsindəki maliyyə sanksiyasının tətbiqi Nazirlər Kabineti “Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini” təsdiq etdikdən sonra həyata keçiriləcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər