PMS Sertifikatı (II mərhələ) imtahanında 10 ballıq sualla bağlı əsas məbləğ və ya ƏDV-ni tam ödəməməsinin 3 halının izahı

PMS Sertifikatı (II mərhələ) imtahanında 10 ballıq sualla bağlı əsas məbləğ və ya ƏDV-ni tam ödəməməsinin 3 halının izahı

Satışı davam edən "PMS Sertifikatı - II mərhələ" (III nəşr) kitabından seçmə

İndi isə, qarşı tərəfin təqdim edilən mallar üzrə əsas məbləğ və ya ƏDV-ni tam ödəməməsi hallarını nəzərdən keçirək. Misalımızda qismən ödənişlə bağlı 3 hal qeyd edilib:
1)    Mallar təqdim edilən vergi ödəyicisi 20 000 manatlıq malın yalınız ƏDV-sini ödəyib; 
2)    Digər bir vergi ödəyicisi 5 000 manatlıq malın əsas məbləğini ödəsə də, ƏDV məbləğini ödəməyib;  
3)    Vergi ödəyicilərindən biri isə 12 000 manat əsas məbləğ borcunun 6000 manatını, ƏDV-ni isə tam məbləğdə ödəyib.
Vergi Məcəlləsinin 166.5-ci maddəsində qeyd edilir ki, vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. Maddədən göründüyü kimi, hər ödəmə üzrə  üzrə əməliyyat vergi tutulan əməliyyatın vaxtı hesab edilir. 
1 yanvar 2024-cü il tarixdə Vergi Məcəlləsinin 166.7-ci maddəsinə edilən dəyişikliyə əsasən, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Maddədən göründüyü ki, artıq ƏDV-nin də ödənilməsi də Vergi Məcəlləsinin 166-ci maddəsinə əsasən, vergi tutulan əməliyyat hesab ediləcək. 
İndi isə misallarımızdakı hallara aydınlıq gətirək.
Birinci halda, malların təqdim edildiyi digər vergi ödəyicisi 20 000 manatlıq malın yalınız ƏDV-sini ödəyib. 1 yanvar 2024-cü il tarixdən edilən dəyişikliyə görə, yalnız ƏDV  ödənildiyi halda da  Vergi Məcəlləsinin 166-ci maddəsinə əsasən, ödəmə hesab edilir.
İkinci halda isə, qarşı tərəf 5 000 manatlıq malın əsas məbləğini ödəsə də, ƏDV-ni ödəməyib. ƏDV məbləğinin ödənilməməsinə baxmayaraq, malların dəyəri ödənidiyi üçün 5 000 manat Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinə uyğun olaraq ödəmə hesab edilir.
Üçüncü halda isə, vergi ödəyicilərindən birinin təqdim edilən mallara görə borcu 12 000 manat olsa da, əsas məbləğdən 6000 manat, ƏDV-ni isə tam məbləğdə ödəyib. 1 yanvar 2024-cü il tarixdən edilən dəyişikliyə uyğun  olaraq ƏDV-nin ödənilməsi malları təqdim edən üçün vergi tutulan əməliyyat hesab ediləcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər