YENİ DƏYiŞİKLİK! Hansı yeni halda vergi orqanı səyyar vergi yoxlaması müddətini artırmaq huququna malik olacaq? (5 VACİB MƏQAM)
Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə
Vergi Məcəlləsinə əlavə edilən 36.3-1.4-cü maddəyə əsasən, vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi hesabatının təqdim edilməsi müddəti səyyar vergi yoxlamasının davam etdiyi müddətdə başa çatdıqda yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri artırıla bilər.
Maddə ilə bağlı diqqət yetiriləsi 5 vacib məqam var.
Birinci məqam. Yeni dəyişiklikdə yalnız illik bəyannamə təqdim edilən vergi növləri nəzərdə tutulub: mənfəət, gəlir, əmlak və torpaq vergisi.
Mİsal. Vergi orqanı vergi ödəyicisində 2023-cü ilin noyabr ayında səyyar vergi yoxlamasına başladığı üçün yoxlama dövrünə həmin il üzrə mənfəət (gəlir), əmlak və torpaq vergiləri daxil etməyib. Vergi orqanının həyata keçirdiyi vergi yoxlaması 2024-cü ilin aprel ayına keçdiyi üçün vergi orqanı 2023-cü il üzrə illik vergi bəyannaməsini də yoxlamaya daxil edə bilər. Amma vergi orqanı 2024-cü ilin yanvar-aprel ayları üzrə ƏDV bəyannaməsini yoxlaya bilməz.
İkinci məqam. Mümkündür ki, vergi ödəyicisi həmin dövrlər üzrə vergi yoxlamasının həyata keçirilməsi barədə müraciət etsin.
Mİsal. Vergi orqanı 2023-cü ilin sonlarında səyyar vergi yoxlamasına başladığı üçün həmin il üzrə mənfəət vergisini yoxlamaya daxil etməyib. Yoxlama 2024-cü ildə davam etdiyi halda vergi ödəyicisi son 3 ili yox, 2023-cü il də nəzərə almaqla son 4 ilin yoxlanılmasını xahiş edir. Bu zaman vergi yoxlamasının müddəti artıq 3 ili yox, 4 ili əhatə edə bilər.
Üçüncü məqam. Vergi ödəyicisi istəyi olmadan səyyar vergi yoxlamasının müddəti artırıla bilər.
Mİsal. Vergi orqanının 2024-cü ilin fevral ayında başladığı səyyar vergi yoxlaması may ayına kimi davam edir. Vergi orqanının təqdim etdiyi ilk bildirişdə 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsinin yoxlanılması nəzərdə tutulmayıb. Vergi orqanı hesab edir ki, yoxlama dövrünü dəyişərək 2023-cü il üzrə illik vergi bəyannaməsini də yoxlasın. Vergi ödəyicisi ona təqdim edilən bildirişdə həmin dövrün olmamasını əsas tutaraq etiraz edir. Amma Vergi Məcəlləsinə əlavə edilən 36.3-1.4-cü maddə vergi orqanına hüquq verir ki, vergi ödəyicisinin razılığı olmadan yoxlamanın əhatə etdiyi dövrü və (və ya) vergi növlərini artırsın.
Dördüncü məqam. Vergi orqanının yoxlamanın əhatə etdiyi dövrü və (və ya) vergi növlərini artırması halı dispozitiv normadır.
Mİsal. Vergi orqanının həyata keçirdiyi səyyar vergi yoxlaması 2024-cü ilin aprel ayına kimi davam etsə də, dövlət qurumu vergi ödəyicisinin 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsinin yoxlanılmasını həyata keçirməyə də bilər.
Beşinci məqam. Vergi hesabatının təqdim edilməsi müddəti səyyar vergi yoxlamasının davam etdiyi müddətdə başa çatmazsa, yoxlamanın əhatə dairəsinə düşmür.
Mİsal. Vergi orqanının vergi ödəyicisində həyata keçirdiyi vergi yoxlaması 2024-cü ilin fevral ayında davam edir. Vergi orqanı 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsinin yoxlanılmasını həyata keçirə bilməz. Çünki Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Bu səbəbdən də, vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsinin təqdim edilmə müddəti 2024-cü ilin fevral ayında başa çatmadığı üçün Vergi Məcəlləsinin 36.3-1.4-cü maddəsinin tələbinin əhatə dairəsinə düşmür.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA
5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda
7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda
8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda
9. Əmək Platforması - 2024 - Fevraldan satışda
10. Vergi Platforması - 2024 - Fevraldan satışda
11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr) - Fevraldan satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın