PMS Sertifikatı imtahanlarında əsas vəsaitlərin amortizasiyası ilə bağlı 3 MƏQAM

PMS Sertifikatı imtahanlarında əsas vəsaitlərin amortizasiyası ilə bağlı 3 MƏQAM

Satışı davam edən PMS Sertifikatı (II mərhələ) - II nəşr kitabından seçmə

Əsas vəsaitlərin amortizasiyası ilə bağlı aşağıdakıları nəzərə almaq lazımdır:

Birincisi, əsas vəsaitlərə hesablanan amortozasiyası məbləği aşağıdakı düsturla müəyyən edilir.

Amortizasiya hesablanacaq əsas vəsait = əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyəri (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) + cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri + Təmir normasından artıq olan hissə - Vergi ilində təqdim edilmiş, ləğv edilmiş və silinmiş əsas vəasitin dəyəri.

Mİsal. 2022-ci ilin sonuna nəqliyyat vasitələrinin qalıq dəyəri 80 000 manat olub. 2023-cü il ərzində 20 000 manat nəqliyyat vasitəsi alınsa da, 15 000 manatlıq nəqliyyat vasitəsi satılıb. Bundan əlavə, nəqliyyat vasitələrinə hesablanan təmir xərci normadan 5 000 manat çox olub. 2023-cü il üzrə amortizasiya məbləği düstura uyğun olaraq belə hesablanacaq: (80 000 manat + 20 000 manat +5 000 manat -15 000)= 90 000 manat. Maksimum amortasiya məbləği 22 500 manat ( 90 000 manat x 25 faiz).

Amortizasiya ilə bağlı ikinci məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən,  ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Mİsal.  2022-ci ilin sonuna ilkin dəyəri 20 000 manat olan nəqliyyat vasitəsinin qalıq dəyəri 800 manat olub. Artıq qalıq dəyəri ilkin dəyərin 5 faizindən az olduğu üçün amortizasiya hesablanmır, birbaşa gəlirdən çıxılır.

Amortizasiya ilə bağlı üçüncü məqam qeyri-maddi aktivlər üzrə amortizasiyanın hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, qeyri-maddi aktivlər  üzrə amortizasiyanın hesalanması istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə hesablanır.

MisaL 1.  İstifadə müddəti 4 il olan qeyri-maddi aktivin dəyəri 30 000 manat təşkil edir. İlk ilində həmin qeyri maddi-aktiv üzrə hesablanan maksimum amortizasiya məbləği 7 500 manat (30 000/4 il) təşkil edəcək.

MisaL 2. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivin dəyəri 30 000 manatdır. İlk ilində həmin qeyri-maddi aktiv üzrə hesablanan maksimum amortizasya məbləği 3 000 manat (30 000 manat x 10 faiz) olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər