PMS II mərhələsinin imtahan suallarında ƏDV-lə bağlı fərqli və düzəliş edilən məqam

PMS II mərhələsinin imtahan suallarında ƏDV-lə bağlı fərqli və düzəliş edilən məqam

Satışı davam edən PMS Sertifikatı (II mərhələ) - II nəşr kitabından seçmə

PMS II mərhələsinin imtahan sualları ilə bağlı ən çox müzakirəyə səbəb olan bölmələrdən biri ƏDV bölməsidir. Belə ki, PMS II mərhələsində təqdim edilən suallarda xüsusi çəkinin hesablanması zamanı təqdim edilən dövr yox, vəsaitin daxil olduğu dövr əsas götürülüb. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi test tapşırıqlarında olan sualı diqqətinizə çatdırırıq:
“ƏDV ödəyicisi kimi qeydiyyatda olan rezident müəssisə konservləşdirilmiş mal ətinin və toyuq ətinin satışı ilə maşğuldur. Müəssisə cari ilin sentyabr ayında 140 000 manat dəyərində konservləşdirilmiş mal əti, 85 000 manat dəyərində toyuq əti satışı həyata keçirmiş və uyğun olaraq elektron qaimə-fakturaları təqdim etmişdir. Təqdim olunan konservləşdirilmiş mal ətinin 20 000 manat dəyəri avans olaraq avqust ayında, 95 000 manat hissəsi sentyabr ayında, toyuq əti satışı üzrə satışın 70 000 manat hissəsi sentyabr ayında müştərilər tərəfindən ödənilmişdir. Əlavə olaraq oktyabr ayında təqdim olunacaq konservləşdirilmiş mal əti satışı üçün cari ayda müştəri tərəfindən 25 000 manat avans əldə edilmişdir. Eyni zamanda, Türkiyə Respublikasında təşkil edilmiş ərzaq malların ekspertizası üzrə təlimdə müəssisə əməkdaşları təlimçi kimi iştirak etmiş və bu xidmətə görə hesabat ayında müəssisəyə qeyri-rezident tərəfindən 35 000 manat xidmət haqqı təqdim olunmuşdur. Həmçinin, sentyabr ayı ərzində əsas məbləğini hesabından qarşı tərəfin bank hesabına, ƏDV məbləğini ƏDV depozit hesabına ödəmək şərti ilə 8 000 manat icarə haqqı, 600 manat rabitə xərci, 1200 manat elektrik enerjisi xərci, 32 000 manat əsas vəsait qeyd olunanları və rezident müəssisənin uçotu ayrı-ayrılıqda aparmadığını nəzərə alaraq sentyabr ayı üzrə ƏDV öhdəliyini müəyyənləşdirin”.
Misalın həllində baxdıqda məlum olur ki, sentyabr ayı üzrə əvəzləşdirmə üçün xüsusi çəki müəyyənləşdirilən zaman ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə təqdim olunan malların dəyəri (140 000 manat), yox, daxil olan vəsaitlər, yəni 120 000 manat (95 000 +25 0000) əsas götürülüb. Məsələnin həlli zamanı xüsusi çəkinin təqdim olunan yox, daxil olan məbləğlər üzrə müəyyənləşdirilməsi bəzi həmkarlarımızın narazılığına səbəb olmuşdu. 
Bu səbəbdən də, ƏDV ilə bağlı tapşırıqların fərqli formada həmkarlarımıza təqdim edilməsinə rast gəlirik. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər