Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-yə keçid üçün 12 aylıq dövriyyəni daxil olan pul vəsaitinə görə müəyyən etməlidir? 

Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-yə keçid üçün 12 aylıq dövriyyəni daxil olan pul vəsaitinə görə müəyyən etməlidir? 

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Bəzi vergi ödəyiciləri hesab edirlər ki, adətən sadələşdirilmiş vergi bəyannaməsində daxil olan vəsaitdən vergi verildiyi üçün, ardıcıl 12 aylıq dövrdə də həmin dövr üzrə daxilolmalar əsas götürülür. Vergi qanunvericiliyində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olan şəxslər ƏDV ödəyicisi sayılırlar. Bu məsələ ilə bağlı iki vacib məqam var.
Misal 1. Sadələşdirimiş vergi ödəyicisi olan, istehsal sferasında çalışan fərdi sahibkarın hesabına iyun ayında 30 000 manat daxil olub.  Bundan sonra ardıcıl 12 aylıq daxilolmalar 200 000 manatı keçərək 204 000 manat təşkil edib. 
Amma müəyyən olunub ki, daxil olan vəsaitin 5 000 manatı avans ödənişidir. Bu zaman fərdi sahibkarın məcburi ƏDV qeydiyyatına durmasına ehtiyac qalmır, çünki ardıcıl 12 ayda vergi tutulan əməliyyatlarının həcmi 199 000 manat (204 000 manat – 5000 manat) olub.
Misal 2. Xidmət sahəsində fəaliyyət göstərən “A” MMC-nin ardıcıl 12 ay üzrə təqdim etdiyi xidmətlərin məbləği 2019-cu ilin avqust ayında 210 000 manat olsa da, sentyabr 2018- avqust 2019 dövrü üzrə daxil olan vəsaitlərin məbləği 180 000 manat təşkil edib. 
Buna səbəb təqdim olunan 30 000 manatlıq mallara görə ödənişin daxil olmamasıdır. Bu halda vergi ödəyicisi 1 sentyabr 2019-cu il tarixdən etibarən ƏDV qeydiyyatı üçün ərizə təqdim etməlidir.
Bir məsələni də qeyd edək ki, sadələşdirilmiş vergi bəyannaməsində aylar üzrə hesabatda təqdim edilmiş mallar və (və ya) görülən iş və xidmətlərin məbləği qeyd olunur və vergi orqanı AVİS proqram təminatı ilə prosesə nəzarəti həyata keçirir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər