Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda ƏDV qeydiyyatı ləğv olunur?

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda ƏDV qeydiyyatı ləğv olunur?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Təcrübədə belə hala rast gəlinir ki, ƏDV ödəyicisi fəaliyyətini müvəqqəti dayandırmaq haqqında qərar verir. Fəaliyyətin müvəqqəti dayandırılması Vergi Məcəlləsinin 158.1-ci maddəsindəki ləğvə əsas vermir. Vergi Məcəlləsinin 158.1-ci maddəsində qeyd edilir ki, vergi ödəyicisi, o cümlədən Vergi Məcəlləsinin 218.1.2-ci  maddəsində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 16.3-cü maddəsində qeyd olunan hallar istisna təşkil edir. Vergi Məcəlləsinin 16.3-cü madəsində məhz vergi ödəyicisinin vergi ilində sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırması prosesi nəzərdə tutulur.

Misal. ƏDV ödəyicisi olan “A” MMC fəaliyyətini 1 il dayandırmaq haqqında vergi orqanına müraciət edir.

Bu müddət başa çatdıqdan sonra və ya müddət ərzində “A” MMC fəaliyyətə başlayarsa, o zaman yenidən ƏDV ödəyicisi kimi fəaliyyətinə davam etməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər