Vergi ödəyicisi işçisinə istehsal etdiyi malı hədiyyə verdiyi halda gəlir vergisi hesablanır?

Vergi ödəyicisi işçisinə istehsal etdiyi malı hədiyyə verdiyi halda gəlir vergisi hesablanır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.
Mİsal. Vergi ödəyicisi öz işçisinə 1500 manatlıq mal hədiyyə verib. Həmin məbləğ gəlir vergisinə cəlb edilir, amma Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, fiziki şəxsə verilən hədiyyələrin 1000 manata qədər olan hissəsi gəlir vergisindən azad olunduğu üçün həmin məbləğin 500 manatı (1500 manat – 1000 manat) fiziki şəxsin gəlir vergisinə aid ediləcək.
Bir məsələni də qeyd edək ki, işəgötürənin ödəməli olduğu aksiz, əlavə dəyər vergisi və hər hansı digər vergilər də hədiyyə edilən malın dəyərinə daxil olunur.
Mİsal 1. Vergi ödəyicisi öz istehsalı olan, bazar qiyməti (ƏDV-siz) 400 manat dəyərində qiymətləndirilən kompüteri işçisinə hədiyyə edir. 18 faizlik ƏDV-ni nəzərə alsaq, malın dəyəri 472 manat (400 manat + 400 manat x 18%) təşkil edəcək. Bu halda icbari ödənişlərin tutulması üçün işçinin əmək haqqına 400 manat yox, 472 manat (400 manat + 400 manat x 18%)) əlavə olunacaq. 
Mİsal 2. Dəftərxana ləvazimatı mallarının satışını həyata keçirən vergi ödəyicisi 100 manatlıq çantanı işçisinə 60 manata təqdim edir. Bu zaman aradakı fərq - 40 manat (100-60) işçinin gəliri hesab edildiyindən əmək haqqının üzərinə əlavə olunmalıdır. İşçinin əmək haqqı 500 manatdırsa, o zaman icbari ödənişlərə cəlb olunacaq məbləğ 540 manat olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər