23 dekabr 2023-cü il tarixdə keçirilən təlimdə müzakirə olunacaq təqdimat və suallar (SİYAHI)

23 dekabr 2023-cü il tarixdə keçirilən təlimdə müzakirə olunacaq təqdimat və suallar (SİYAHI)

Xəbər verdiyimiz kimi, MKS Academy tərəfindən 23 dekabr 2023-cü il tarixdə ilin son HR təlimi həyata keçiriləcək. Təlim zamanı aşağıdakı 3 təqdimat müzakirə olunacaq:

- ƏMAS PLATFORMASI (Portalda edilən son 15 yeni dəyişikliyin izahı)
- İSTEHSALAT TƏQVİMİ (Yeni il bayramı ilə əlaqədar iş günlərinin yerinin dəyişməsi)
- MİFLƏR Və HƏQİQƏTLƏR (Əmək qanunvericiliyində fərqli məqamların izahı)

Təlimlə bağlı müzakirə olunacaq təqdimat və ilkin sualları haqqında məlumatı təqdim edirik:

MKS Academy tərəfindən  23 dekabr 2023-cü il tarixdə keçiriləcək ilin son HR təlimində müzakirə olunacaq məsələlərin

SİYAHISI

Təqdimat 1. ƏMAS PLATFORMASI (Portalda edilən son 15 yeni dəyişikliyin izahı)

  • İş ünvanında ətraflı məlumat niyə mütləq olaraq qeyd edilməlidir?
  • Təqdim edilən geyim və qida məhsulları hansı işçilər üçün mütləq əmək müqaviləsində qeyd edilməlidir?
  • İşəgötürən işçinin əməyin mühafizəsi üzrə hansı dövrülükdə təlimatlandırmalıdır?
  • Əməyin məzuniyyəti niyə günlə yox, işçinin vəzifəsi ilə əlaqələndirilir?
  • Sosial müdafiənin gücləndirilməsi məqsədilə hansı tip işçilər üzrə əlavələr mütləq portalda qeyd edilməlidir?
  • Məzuniyyət əmri ilə ƏMAS-da hansı yeni dəyişikliklər həyata keçirilib?

Təqdimat 2.  İSTEHSALAT TƏQVİMİ (Yeni il bayramı ilə əlaqədar iş günlərinin yerinin dəyişməsi)

  • Dekabr ayı üzrə iş saatlarının cəmi 168 yoxsa daha çox olacaq?
  • Altıgünlük iş rejimində qeyri-iş günləri necə tənzimlənməlidir?
  • 30 dekabr 2023-cü il tarixdə qısadılmış iş vaxtı tətbiq olunmalıdır?
  • Məzuniyyət gününün bitmə tarixi 29 dekabr olan işçinin məzuniyyətdən sonrakı iş günü 30 dekabr 2023-cü yoxsa 06 yanvar 2024-cü il tarixi olmalıdır?
  • İş vaxtının cəmlənmiş uçotu üzrə 2023-cü il və 2024-cü il üzrə necə saat olaraq hesablanmalıdır?

Təqdimat 3. MİFLƏR VƏ HƏQİQƏTLƏR (Əmək qanunvericiliyində fərqli məqamların izahı)

Əmək müqaviləsinin imzalanması

- İşəgötürən ƏMAS altsistemi və əmək müqaviləsində fərqli hal qeyd edərsə, DƏMX yoxlama zamanı yalnız ƏMAS alstisteminin məlumatına istinad edəcək.
-Ali və ya orta ixtisas təhsili olmayan şəxs SƏTƏM vəzifəsinə təyin oluna bilər. Çünki, Əmək Məcəlləsində həmin vəzifə üzrə diplomun tələb edilməsi qeyd edilməyib.

- Direktorun əmək funksiyası nizamnamə ilə müəyyən olduğu üçün onunla əmək müqaviləsi imzalanmasına ehtiyac yoxdur.
-  Fərdi sahibkar struktur yarada bilməz və ya özünü işçi kimi təyin edə bilməz.
 - Nazirlər Kabinetinin qərarında müəyyən edilən vəzifələrdən başqa ştatlar üçün işə qəbul zamanı tibbi arayış tələb etmək qanunsuzdur.

İş yerləri və işçilərin attestasiyası

- İş yerlərinin attestasiyası və 10 gün müddətində dövlət qurumuna sənədlərin sürətinin təqdim edilməsi tələbi yalnız əmək şəraiti ağır və zərərli olan iş yerlərinə aiddir.
-  İşəgötürən 5 ildən artıq müddətdə işçilərin attestasiyasını həyata keçirmədiyi halda da inzibati məsuliyyət daşımır

Əmək məzuniyyəti

- Pedaqoji fəaliyyətlə məşğul olan işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənildikdə hesablama 56 yoxsa 30 (21) gün üzərindən həyata keçirilməlidir.
- Məzuniyyətdə olan işçini öz ərizəsi ilə işdən çıxartmaq olmaz, mütləq olaraq işə qayıtmalıdır.
- Məzuniyyətdə olan işçinin vəzifəsini və ya əmək haqqısını dəyişmək olar.
- İşçinin ödənişsiz məzuniyyətdə olan dövrü əmək məzuniyyət hüququ vermir.
- Tam ay işləməyən işçiyə də əmək müqaviləsinin xitamı zamanı istifadə edilməyən günlərə görə kompensasiya hesablanmalıdır.
Əmək haqqı

  • Orta əmək haqqı ilə orta aylıq əmək haqqının hesablanması və anlayışı eynidir
  • İşçilə sərbəst iş rejimin üzrə müqavilə bağlamayaq, aylıq iş saatının maksimumum qeyd etməklə əmək haqqı hesablamaq mümkündür.
  • İşçiyə istirahət günü üzrə ödəniş etdikdə aylıq əmək haqqı məbləği üzərindən hesablanma aparılmalıdır.
  • İşçiyə istirahət günü ərzində işlədiyi halda əvəzgün verildikdə, əlavə ödəniş hesablanmır.

Əmək müqaviləsinə xitam verilməsi

  • İşçinin öz ərizəsində yazdığı tarixdən tez müddətdə əmək müqaviləsinə xitam verilməsi qanunpozuntudur.
  • İşçinin öz ərizəsində tarix göstərməyibsə, işəgötürən 1 ay müddət gözləməsi mütləq tələb deyil.
  • Hüquqi və ya fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandıması işəgötürənin ləğvi anlamına gəlir.
  • Əmək müqaviləsinin müddəti bitdiyi halda xitam verilərsə. o zaman işəgötürən işçiyə 3 gün öncədən xəbərdarlıq etməlidir.
  • İşəgötürən tərəfindən icbari müayinəyə göndərilən işçiya sağlamlıq arayışında işləmək icazəsi verilmədikdə, işçinin əmək müqaviləsinə xitam vermək olmaz yalnız işdən kənarlaşdırma edilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər