Mks.az saytının tematik təlimlərində iştirak etmək üçün BEŞ VAZKEÇİLMƏZ SƏBƏB

Mks.az saytının tematik təlimlərində iştirak etmək üçün BEŞ VAZKEÇİLMƏZ SƏBƏB

Dəyərli həmkarlarımızın dəstəyi ilə Mks.az saytı 2021-ci ilin oktyabr ayından etibarən əmək və vergi qanunvericiliyi sahəsində tematik təlimlərin keçirilməsinə start verib.  Qısa müddət ərzində təşkilatımız tərəfindən 13 tematik təlim keçirilib. Həmkarlarımızdan daxil olan suallara cavab olaraq tematik təlimlərimizin özəlliyi ilə bağlı ümumiləşdirilmiş məlumatı təqdim edirik:

  1. Təlimlərin yeni başlayanlar üçün deyil, peşəkarlar üçün həyata keçirilməsi

Təlimlərimizdə iştirak edən həmkarlarımız hazırda əmək və ya vergi qanunveciliyi ilə işləyən peşəkar şəxslər olduğu üçün, müzakirələr zamanı qoyulan suallar iştirakçıların praktikada qarşılaşdığı və qarşılaşa biləcəyi qeyri-ənənəvi məsələləri əhatə edir.

  1. Təlimlərdə yalnız mürəkkəb məsələlərin müzakirə olunması

Təlimlərdə əmək və vergi münasibətlərini əhatə edən mürəkkəb məsələlər müzakirəyə çıxarılır. Misal üçün, işçinin əmək məzuniyyətinin hesablanması qaydası yox, əmsallaşdırma ilə bağlı çoxprofilli məsələlər müxtəlif praktiki misallar üzərində nəzərdən keçirilir.

  1. Təlim prosesinin təqdimatla yanaşı, sual-cavab formatında həyata keçirilməsi

Təlimçilər yalnız təqdimatlar üzərindən məlumat vermirlər. Onlar təqdimatda qeyd edilən mürəkkəb məsələlərlə (suallarla) bağlı iştirakçıların fikirlərini öyrənir və sonda düzgün variantı iştirakçıların diqqətinə catdırırlar.

  1. Təlim iştirakçılarının anonimliyinin qorunması

Təlim prosesində nə təşkilatçı, nə də iştirakçılar tərəfindən foto və video çəkilişlər aparılır. Burada məqsəd iştirakçıların anonimliyinin qorunmasıdır.

  1. Təlimlərin az sayda peşəkarın iştirakı ilə digər təlimlərlə müqayisədə uzun müddətə keçirilməsi

Təlimlər, adətən 10-15 nəfər həmkarımızın iştirakı ilə həyata keçirilir. Təşkilatın daxili qaydalarına əsasən, heç bir halda təlim iştirakçılarının sayı 20 nəfərdən çox ola bilməz. Çünki iştrakçı sayının cox olması təlimdə iştirak edən həmkarlarımızın təlimdən az faydalanmasına səbəb ola bilər. Bundan əlavə, təlimin bitmə vaxtını iştirakçılar müəyyənləşdirir, təlim istisnasız həmkarlarlarımızın son sualının cavablandırılmasına qədər davam edir. Nümunə üçün bildirək ki, “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə” mövzusunda keçirilən təlimin müddəti 5 saata yaxın olub.

 

Hörmətli həmkarlar, Sizi növbəti təlimlərimizdə görməkdən çox məmnun olardıq. Mks.az saytı olaraq devizimizə sadiqiq: Öyrətmək Savab, öyrənmək Qazancdır!

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər