HR-lar üçün BEŞİNCİ tematik təlim: Əmək müqaviləsinin imzalanması, tələb olunan sənədlər, müqavilənin şərtlərin müəyyən olunmasında VACİB MƏQAMLAR

HR-lar üçün BEŞİNCİ tematik təlim: Əmək müqaviləsinin imzalanması, tələb olunan sənədlər, müqavilənin şərtlərin müəyyən olunmasında VACİB MƏQAMLAR

 "Əmək müqaviləsinin imzalanması, tələb olunan sənədlər, müqavilənin şərtlərin müəyyən olunmasında VACİB MƏQAMLAR" mövzusunda  beşinci tematik təlimlə bağlı məlumatlar aşağıdakı kimidir:

Təlimin başlanma tarixi: 20 noyabr 2021-ci il, saat 15:00
Təlimin bitmə vaxtı: Mövzu üzrə iştirakçıların son sualları cavablandırılana qədər
Birinci hissə: Mövzu üzrə təqdimat
İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması
Ödəniş üsulu: Nağd və ya nağdsız formada (iştirakçı vergi ödəyicisi olduğu halda müvafiq sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.) aparılır)
Təlimçilər: Mks.az saytının eksperti, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov və əmək hüququ və kadrlarla iş sahəsində uzun müddət dövlət qurumlarında və özəl sektorda çalışmış tanınmış mütəxəssis
Məlumat almaq və xidmətdən faydalanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected] 

           

Müzakirəyə çıxarılacaq sualların siyahısı

  • İşçi ilə əmək müqaviləsi 2021-ci ilin yanvar ayında bağlanaraq əmək haqqı hesablansa da, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə işlənməsi aprel ayında həyata keçirilib. Bu zaman Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati cərimə tətbiq ediləcək?
  • İşəgötürən əlil işçini işə qəbul edərkən, hansı məqamlara diqqət yetirməlidir? Misal üçün, gözünün zəif olması səbəbindən əlil statusuna malik olan işçi kompyüter mütəxxəssis vəzifəsinə qəbul edilə bilər?
  • İşəgötürən əmək müqaviləsinə xitam prosesini aparsa da, işəgötürən əmək kitabçasını vermir və ya işçi əmək kitabçasını 4 aydan sonra əldə edib. İşçi iddia edir ki, işəgötürən əmək kitabçasının gec verdiyi üçün 4 aylıq əmək haqqını ödəməlidir. İşçinin iddiası əmək qanunvericiliyinə ziddir?
  • Əmək Məcəlləsinin tətbiq edilməyən iş yerlərində çalışan işçini (misal üçün hərbçi) işə qəbul etdikdə, ondan əmək kitabçası tələb olunmalıdır yoxsa hər hansı arayış kifayət edir?
  • İşəgötürən işçini işə qəbul edəndə, şəxs yazılı olaraq bildirir ki, əmək kitabçasını itirib və ya əvvəlki elektron informasiya portalında olmasına baxmayaraq  iş yerlərinin bəziləri qeyd edilməyib. Bu halda işəgötürən işçinin işə qəbul etmək olaraq yoxsa, əmək kitabçasının yenidən imzalanması tələb edilməlidir?
  • Xaricdə çalışan işçiyə və ya etdikdə, ondan əmək kitabçası tələb olunmalıdır əmək stajına məzuniyyət müəyyənləşdirilkən, onun digər ölkədəki iş stajının dövrü əlavə məzuniyyətin hesablanmalıdır?
  • İşçi 4 il ali təhsil alıb, sonra 1 il müddətində müddətli hərbi xidmət də olub, sonra 3 il işlədikdən sonra işdən çıxaraq 2 magistr təhsili alıb. Magistr təhsilini bitirdikdən sonra, işə qəbul olunan işçinin əmək stajına görə neçə gün əlavə məzuniyyət qeyd edilməlidir?
  • İşəgötürən işçi ilə bağlı məlumatları elektron informasiya sisteminə məlumat daxil edir, amma işçi ilə hər hansı rəsmiləşdirmə (kağız formada əmək müqaviləsi, əmr və s.) həyata keçirilməyib. İşəgötürənin bu hərəkəti əmək qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilib, inzibati cərimə tətbiq edilə bilər?
  • İşəgötürən hansı hallarda kollektiv müqavilə imzalamalıdır? Həmkarlar ittifaqı olmayan cəmi 10 işçisi olan təşkilat kollektiv müqavilə tərtib etmək hüququna malikdir?
  • İşəgötürən müddətli müqavilənin bitmə tarixini 5 ildən çox müddətə, misal üçün 7 il sonrakı tarixə müəyyən edə bilər? İşəgötürən baş mühasiblə 47-ci maddəsinin “f” bəndi ilə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə ) müddətli əmək bağlaması və sonra həmin şərtlə xitam verməsi əmək qanunvericiliyinin pozulmasına səbəb olub?
  • Əmək Məcəlləsinin 46-ci maddəsinə əsasən, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Bu cür şərtlərə hansı hallar aid edilir?
  • Əmək Məcəlləsinin 58-ci maddəsinin 5-ci hissəsinə əsasə, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Dövlət xəstənasında əsas iş yeri olan çalışan həkimin əlavə iş yeri olaraq, özəl xəstəxanada çalışmasına məhdudiyyət bu maddənin tələblərinə ziddir?
  • Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilər. Boş vəzifə üzrə yeni işçi seçilmədiyi halda, 3 aylıq müddətdən sonra eyni işçi əvəzetmə etmək hüququna malikdir?
  • Əmək Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan müsabiqə yolu ilə işə qəbulun şərtləri şirkətlərin müsabiqə ilə işə cəlb etdiyi şəxslərə şamil edilir?
  • İşəgötürən işçi ilə əmək müqaviləsini 10 sentyabr 2021-ci il tarixdə imzalasa da, işçi 15 sentyabr 2021-ci il tarixə işə başlayacaq. Işəgötürən əmək müqaviləsi bildirişini 12 sentyabr 2021-ci il tarixdə həyata keçirib. İşçinin iş ilinin başlanma tarixi hansı tarix hesab ediləcək?
  • İşçi əlil olması ilə bağlı sənədi təqdim etməyib və məzuniyyət düzgün hesablanmayıb, bu zaman məsuliyyət kimi üzərində olacaq: işəgötürən yoxsa işçi?
  • İşəgötürən qanunvericiliklə sağlamlıq haqqında arayış tələb oluan işçidən həmin sənədi tələb etməyib. DƏMX yoxlamaları zamanı həmin fakt aşkar edilərsə, işəgötürən inzibati cərimə tətbiq edilə bilər?

0 Komment

    Şərh yazın

    Xəbərlər