Vergilər Nazirliyi mks.az-ın seminarına dəstək verdi

Vergilər Nazirliyi mks.az-ın seminarına dəstək verdi

Mks.az saytının 23 noyabr 2019-cu il tarixdə keçirməyi planlaşdırdığı "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminar Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin tanınmış ekspertlər tərəfindən izahı, peşəkar müzakirənin və fikir mübadiləsinin aparılması məqsədi daşıyır. Vergilər Nazirliyi seminarın işinin səmərliliyinin yüksəldilməsi üçün etdiyimiz müraciətə müsbət yanaşaraq rəsmi nümayəndələrininin tədbirdə təmsil olunması ilə bağlı qərar verib.
Mks.az saytı Vergilər Nazirliyinin rəhbərliyinə seminarımıza verdiyi dəstəyə görə təşəkkür edir və vergi islahatlarının həyata keçirilməsi yolundakı fəaliyyətində uğurlar arzulayır.
Seminarda qurumun nümayəndələri ilə yanaşı, vergi məsələləri üzrə tanınmış mütəxəssis, mks.az saytının eksperti Anar Bayramov da vergi ödəyicilərinin suallarını cavablandıracaq. Seminarın açılışında 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimatı isə "Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramov edəcək.
Əziz həmkarlar!
Seminarda iştirakla bağlı müraciətlərin həddən artıq çox olmasını nəzərə alaraq tədbirin daha böyük zalda keçirilməsi ilə bağlı işlər davam etdiyindən iştirakçılara sabahdan başlayaraq yer və vaxt haqqında ətraflı məlumat göndəriləcək.
"Öyrətmək savab, öyrənmək qazanc" devizinə həmişə sadiqik!

2 Komment

  1. nazile 19 Noyabr 2019

    Salam 23 noyabrda kecirilecek semnarda men de istirak etmek isterdim

  2. Telli 20 Noyabr 2019

    Salam,23 noyabrda keçiriləcək seminarda iştirak etmək isteyirəm.

Şərh yazın

Xəbərlər