Vergi ödəyicilərinin yoxlamalarla bağlı stolüstü kitabı SATIŞDA...

Vergi ödəyicilərinin yoxlamalarla bağlı stolüstü kitabı SATIŞDA...

Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olundu...
 
“Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Oxucuların, vergi ödəyicilərinin, mühasiblərin çoxsaylı təkid və xahişlərindən sonra belə bir məsuliyyətli işin ağırlığını çəkməyə razı olduq. Kitabı çapa hazırlayarkən mövzu genişliyinin verdiyi imkanlardan yararlanmaqla yanaşı, yoxlamalar zamanı işəgötürən və mühasiblər tərəfindən əsas diqqət yetirilməli məsəslələri qabartmağa çalışımışıq.
Kitab “Vergi yoxlamaları” fəsli ilə başlayır. Vergi yoxlamaları özündə operativ vergi nəzarərini, kameral və səyyar vergi yoxlamaları əhatə edir. Təbii ki, bu fəsildə oxucular xronometraj metodu, onun tətbiqi zəruriliyi, nəzticələrinin rəsmiləşdirilməsi, eyni zamanda, vergi yoxlamalarının nəticəsi kimi tətbiq olunan maliyyə sanksiyaları və onların hansı hallarda, necə tətbiq olunması halları ilə yaxından tanış ola biləcəklər. 
Kameral vergi yoxlamaları ilə bağlı bölümdə praktiki misallardan istifadə olunub. Fərqli  vaxtlarda vergi orqanları tərəfindən müxtəlif hüquqi və fiziki şəxslərə ünvanlanmış həqiqi kameral məktubların timsalında vergi ödəyicilərinin hansı addımlar atması və məktubları necə cavablandırması barədə verilən məsləhətlərin dəyərini gündəlik iş həyatınızda hiss edəcəyinizə ürəkdən inanırıq.
Kitabın “Səyyar vergi yoxlamaları” bölümündə bu tip yoxlamaların hansı hallarda və müddətdə keçirilməsi, yoxlama zamanı hansı sənədlərin tələb olunması, onun nəticələrinin necə rəsmiləşdirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertiza, vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi, müşahidəçilərin iştirakı, vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər, hansı hallarda cinayət işinin başlanlmasına qərar verilməsi və digər vacib məsələlər şərh edilib, müvafiq formalar doldurularaq təqdim olunub.
Kitabda Dövlət Sosaial Müdafə Fondu, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi və Dövlət Məşğulluq xidmətləri tərəfindən aparılan yoxlamalara dair misallar üzrərində ətraflı açıqlamalar verilib, formalar təqdim olunub.
Kitabı sifariş etmək üçün bu haqqda istəyinizi  [email protected] adressinə əlaqə vasitələrinizi göndərməklə və 437-32-67 və ya 050-265-72-65 saylı telefonla əlaqə saxlamaqla bildirə bilərsiniz.
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər