MKS-dən Əmək münasibətləri ilə bağlı FƏRQLİ Kitab
"Monitor Konsaltinq Servis" MMC yeni nəşr hazırlayıb oxucuların istifadəsinə verib. “Əmək qanunvericiliyi Toplusu - 2013” adlanan kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitaba Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, DSMF-nini şöbə müdiri İdris İsayev, Vergilər Nazirliyinin ekspertləri və hamınızın yaxşı tanıdığınız Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov tərəfindən cavablandırılmış 40-a yaxın sualın cavabları da salınıb. Cavablar daha çox misallar üzərində qurulub ki, ünvanlanan sualın mahiyyətinin tam açılmasına yardımçı olsun.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəşrlərimiz kimi “Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabi əldə etmək istəyənlərdən xahiş edirik ki, əlaqə nömrələrini 437-32-67 ve ya 050 265 72 65 sayli telefonla vəya [email protected] adresine bildirə bilərlər.
Kitabın qiyməti 10 manatdır. Kitab üzərində CD bonus olaraq verilir və istənilən ünvana çatdırılma pulsuzdur.
Kitabin mündəricatı aşağıdakı linkdən yükləyə bilərlər:
0 Komment
Şərh yazın