“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı almaq istəyənlər üçün

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı almaq istəyənlər üçün

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. Ənənəmizə sadiq qalaraq bu nəşrimizdə də vergi ödəyicilərinin gündəlik iş həyatlarında rasltlaşdıqları halları misallar üzərində şərh etməyə çalışmışıq. Kitabda ƏDV anlayışına aydınlıq gətirilib, müxtəlif əməliyyatlar zamanı onun hesablanması, əvəzləşdirilməsi qaydası, vaxtı, vergitutma yeri, dövrü, vergi bəyannaməsinin doldurulması qaydası, müxtəlif formalar, ƏDV-nin vaxtında, ödənilməməsinə, az ödənilməsinə görə tətbiq olunan maliyyə sanksiyaları barədə ətraflı məlumat verilib.
ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsi zamanı aparılmalı olan müxabirləşmələr isə kitabın bir fəslini əhatə edir. Müxtəlif əməliyyatların timsalında verilmiş bu ikili yazılışlar Milli Mühasibat Uçotu Standartları prinsipləri əsasında aparılıb.
Kitabla bağlı bir vacib məsələni də qeyd etmək istəyirik. Bildiyiniz kimi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2012-ci il 21 dekabr tarixli qanunun tətbiqi barədə Prezident fərmanı ilə təsdiq edilmiş ən son əlavə və dəyişikliklər ƏDV-ni də əhatə edib. Kitabda Vergi Məcəlləsinin ƏDV ilə əlaqəli maddələrinə edilmiş, 1 yanvar 2013-cü ildən qüvvəyə minmiş dəyişiklik və əlavələri əvvəlki redaksiya ilə bir yerdə verməyi qərara aldıq. Çünki bir çox hallarda dəyişikliklərdən əvvəlki dövrdə ƏDV əməliyyatları həyata keçirmiş vergi ödəyicilərinə bunun lazım olduğu qənaətindəyik. Dövrlər üzrə müqayisəli şəkildə verilmiş şərhlərin Sizə fayadlı olacağına inanırıq.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
 
Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 saylı telefonla bildirməklərini xahiş edirik... Kitabın satış qiyməti 20 manatdır. Qeyd edək ki, kitabın istənilən ünvana çatdırılması ödənşiz olaraq həyata keçirilir.
 

 

1 Komment

  1. Elminaz 19 İyul 2019

    Salam.mende a.dan z.ye sifsriş vermek isteddim bu kitabdan nece elaqe saxlsya bilerem

Şərh yazın

Xəbərlər