“Əmək Münasibətləri: A-dan Z-yə” yenidən işlənmiş ücünçü nəşri satışda!

“Əmək Münasibətləri: A-dan Z-yə” yenidən işlənmiş ücünçü nəşri satışda!

“Əmək Münasibətləri: A-dan Z-yə” kitabının yenidən işlənmiş ücünçü nəşri satışdadır.  Qeyd etmək istəyirik ki, bu nəşrdə “Əmək Müqaviləsi”, “Əmək Kitabçası”, “Sosial Sığorta Şəhadətnaməsi”, “Əmək haqqı”, “Əmək haqqından güzəştlər”,  “Məzuniyyətlər”, “Sosial məzuniyyətlər və müavinətlər” və “Hesabatlar” bölməsi ilə yanaşı yeni fəsillər əlavə edilib.  Belə ki, kitabın yenidən işlənmiş üçüncü nəşrində “Çalışmanın yaş həddi”, “Müavinətlərin yeni qayda ilə hesablanması və rəsmiləşdirilməsi”, “Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlamaları”, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta » adlı fəsillər əlavə olunub. Eyni zamanda, bəzi fəsillərdəki hesablamalar (məsələn, sosial məzuniyyətlərlə bağlı) yenidən aparılıb, vəsait əlavə nümunəvi formalarla zənginləşdirilib.

Kitabda Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli qərarla «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətın hesablanılması və ödənilməsi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı qərarında etdiyi əsaslı dəyişikliklər geniş şərh olunub, həmkarlarımız tərəfindən asanlıqla başa düşülməsi üçün müxtəlif misallar üzərində izah edilib, sosial məzuniyyət və müavinətlərin hesablanmasının yeni qaydaları barədə müfəssəl aşıqlama verilib.  
Kitabın qiyməti 20 manatdır. Kitabı əldə etmək istəyənlərdən  öz əlaqə nömrələrini  [email protected] email adressinə və ya 437-32-67 saylı telefonla təşkilatımıza bildirməyinizi xahiş edirik. Təşkilat tərəfindən kitabın istənilən ünvana (regionlar da daxil olmaqla) catdırılması PULSUZDUR.

Kitabı "Akademikitab", "Ədəbiyyat", "Kitabevi" və "Studentbook" kitab mağazalarından həmçinin 28 may metrosunun çıxışındakı "Hüquq Ədəbiyyatları" kitab köşkündən əldə etmək olar.

“Əmək Münasibətləri: A-dan Z-yə” kitabının mündəricatı

0 Komment

    Şərh yazın

    Xəbərlər