“Vergi Məcəlləsi- 2025” kitabının satışı uğurla davam edir

“Vergi Məcəlləsi- 2025” kitabının satışı uğurla davam edir

“Vergi Məcəlləsi- 2025” MKS Academy-nin hər il nəşr etdiyi ənənəvi kitablarındandır. Vergi Məcəlləsi də daxil olmaqla, vergi qanunvericiliyini formalaşdıran normativ-hüquqi aktlara il ərzində edilən dəyişiklik və əlavələr nəzərə alınmaqla şərhlərdən və müvafiq qanunvericilikdən ibarət kitab oxucuların və dəyərli həmkarlarımızın stolüstü nəşridir.

Ötən ilin sonunda Vergi Məcəlləsinə, eyni zamanda Məcəllə ilə əlaqəli qanun və qaydalara xeyli sayda dəyişikliklər olunub. Azərbaycan Respublikasının Prezidenti 16 dekabr 2024-cü il tarixli, 98-VIIQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamaqla 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsinə olunan əlavə və dəyişiklikləri təsdiq edib. Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin qərarlarına - “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydası və şərtləri”nə, “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydaları”na və “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydasına”mühüm dəyişikliklər edilib.

Adları qeyd olunan normativ hüquqi aktlarda ötən ilin sonunda edilən dəyişikliklər kitabda əvvəlki redakisyalarla müqayisəli şəkildə və misalların köməyi ilə ayrı-ayrılıqda izah edilib, dəyişiklik və əlavələrin mahiyyəti və məqsədi ətraflı izah olunub, bu yeniliklərin vergi ödəyicilərinə gələcək təsirlərinin qiymətləndirilməsinə çalışılıb. 1 yanvar 2025-ci il tarixinə olan dəyişiklik və əlavələr nəzərə alınmaqla Vergi Məcəlləsinin tam mətni kitabda yerləşdirilib, eyni zamanda, Məcəllədə istifadə olunan müvafiq icra hakimiyyətlərinin açılışı verilib.

MKS Academy olaraq ənənəmizə sadiqik, kitabı alanlara MKS portalından 1 ay ödənişsiz istifadə hədiyyə ediləcək. MKS portalından istifadə etməklə vergi qanunvericiliyinə aid testləri həll etmək, qanunvericilik sənədləri və praktiki sənəd nümunələri ilə tanış olmaqla yanaşı, ən çox verilən suallarla tanış olmaq mümkündür.

Kitab vergi orqanlarında çalışanlar, mühasiblər, sahibkarlar, ali və orta ixtisas məktəblərinin maliyyə, vergi, uçot və statistika ixtisaslarında təhsil alanlar, Vergi Məcəlləsini müstəqil şəklidə öyrənənlər üçün faydalı vəsaitdir.   

Kitabla bağlı rəy, təklif və iradlarınızı (050) 368 12 72 nömrəli telefonla və [email protected] e-mail ünvanı vasitəsilə bildirə bilərsiniz

Kitabın mündəricatını yükləmək üçün link

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın