"Vergi Məcəlləsi. Ümumi hissənin izahı" kitabının IV nəşri kitabı artıq satışda
"Vergi Mәcәllәsi. Ümumi hissәnin izahı” kitabının ilk 3 nәşrinin oxucular tәrәfindәn rәğbәtlә qarşılanması vә peşәkar auditoriyada maraq doğurması bizi kitabın hazırkı 4-cü nәşrini hazırlamağa vadar etdi. Digәr ixtisaslaşdırılmış nәşrlәrimiz kimi MKS ACADEMY-nin “Öyrәtmәk savab, öyrәnmәk qazanc” seriyası altında çap olunan kitab Vergi Mәcәllәsinin 96 maddәlik ümumi hissәsinin şәrhinә hәsr olunduğundan ölkәmizin vergi sistemi, vergitutmanın formaları, vergilәrin müәyyәn edilmәsinin әsas şәrtlәri vә Mәcәllәdә istifadә olunan әsas anlayışlardan tutmuş vergi ödәyicisi, vergi agenti, dövlәt vergi orqanları, vergi nәzarәti, vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt, vergi orqanlarının qәrarlarından (aktlarından) vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt verilmәsi vә vergilәrin ödәnilmәsi üzrә ümumi qaydalara qәdәr çox mühüm mәsәlәlәri әhatә edir.
İstisnasız hәr il Vergi Mәcәllәsinә ilin müxtәlif vaxtlarında dәyişikliklәr edilir, әlavәlәr olunur. 2023-cü il dә bu sarıdan fәrqli olmadı. Milli Mәclisin qәbul etmәsindәn sonra Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn tәsdiq olunan “Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә dәyişiklik edilmәsi haqqında” 5 dekabr 2023-cü il tarixli, 1033 nömrәli Azәrbaycan Respublikasının Qanunu, “Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә dәyişiklik edilmәsi haqqında” Azәrbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli, 1033-VIQD nömrәli Qanununun tәtbiqi vә bundan irәli gәlәn bir sıra
mәsәlәlәrin tәnzimlәnmәsi barәdә” 28 dekabr 2023-cü il tarixli Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı Vergi Mәcәllәsindә çox mühüm әlavә vә dәyişikliklәri nәzәrdә tutmaqla yanaşı, Nazirlәr Kabinetinә mühüm qәrarların qәbulu ilә bağlı tapşırıqları da özündә ehtiva edir. Kitabda Vergi Mәcәllәsinin ümumi hissәsinә daxil olan maddәlәrin tәlәblәrinin şәrhi zamanı qeyd olunan son dәyişiklik vә әlavәlәrin hamısı nәzәrә alınıb.
Vergi Mәcәllәsinin ümumi hissәsindә tәsbit olunan müddәaların izahı zamanı praktiki misal vә nümunәlәrdәn geniş istifadә olunub, mürәkkәb mәsәlәlәr sadәlәşdirilәrәk anlaşıqlı dildә şәrh edilib. Bununla yanaşı, izahların dәrinlәşdirilmәsi üçün Mülki
Mәcәllәdәn, Mülki Prosessual Mәcәllәdәn, Cinayәt Mәcәllәsindәn, İnzibati Xәtalar Mәcәllәsindәn, Azәrbaycan Respublikasının qanunlarından, Azәrbaycan Respublikası Prezidentinin fәrman vә sәrәncamlarından, Nazirlәr Kabinetinin qәrarları ilә tәsdiq
olunmuş qayda, әsasnamә vә digәr normativ hüquqi aktlardan, mәrkәzi icra hakimiyyәtlәrinin, o cümlәdәn Azәrbaycan Rerspublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin normativ sәnәdlәrindәn istifadә olunub.
Bir şad xәbәri dә oxucularımızn diqqәtinә çatdırmaq istәyirik ki, kitabı alanlara MKS portalından 1 ay ödәnişsiz istifadә hәdiyyә edilәcәk. MKS portalından istifadә etmәklә vergi qanunvericiliyinә aid testlәri hәll etmәk, qanunvericilik sәnәdlәri vә praktiki sәnәd nümunәlәri ilә tanış olmaqla yanaşı, әn çox verilәn suallarla tanış olmaq mümkündür.
Kitab “Peşәkar mühasib sertifikatı” imtahanlarına hazırlaşanalar, vergi orqanlarında çalışanlar, mühasiblәr, sahibkarlar, ali vә orta ixtisas mәktәblәrinin maliyyә, vergi, uçot vә statistika ixtisaslarında tәhsil alanlar vә Vergi Mәcәllәsini müstәqil şәklidә öyrәnәnlәr
üçün faydalı vәsaitdir.
Kitabla bağlı dәyәrli rәy, tәklif vә iradlarınızı sәbrsizliklә gözlәyirik. Bizimlә aşağıdakı vasitәlәrdәn istifadә etmәklә әlaqә yarada bilәrsiniz:
(050) 368 12 72 vә [email protected]
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA
5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda
7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda
8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda
9. Əmək Platforması - 2024 - Fevraldan satışda
10. Vergi Platforması - 2024 - Fevraldan satışda
11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr) - Fevraldan satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
1 Komment
Elşən 29 Fevral 2024
Vergi məcəlləsində Kommersiya sirri və ya vergi sirri olan maddələrdə, hesabatlar digər şəxsə yalnız MMC-n direktorunun razılığı ilə verilə bilər deyə göstəriş var. Bu maddələr təsisçiyə də aid edilirmi ? Yəni direktor sənədləri məhv edib, sənədlər MMC-ə olmadığı halda. Təsisçi həmin sənədlərin surətin vergi orqanından tələb edə bilərmi?
Şərh yazın