Mks.az-ın 2 YENI nəşri satışa çıxacaq: “A-dan Z-yə Kargüzarlıq” və “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020”

Mks.az-ın 2 YENI nəşri satışa çıxacaq: “A-dan Z-yə Kargüzarlıq” və “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020”

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşrini çapa hazırlayıb.

“Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” kitabının II nəşrində əvvəlki bölmələr nəzərdən keçirilərək, yenidən işlənilib, əmək qanunvericiliyindəki son dəyişikliklər nəzərə alınıb. Bundan əlavə, həmkarlarımızdan daxil olmuş sualların cavablandırılması əsasında kitaba “Karantin dövründə əmək münasibətləri” adlı bölmə əlavə olunub. 32 sualın cavablarından ibarət yeni bölmədə COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə elan olunmuş karantin rejimi dövründə işəgötürənlər və işçilər arasında yaranmış yeni tip əmək münasibətləri (işçilərin növbəli işləməsi, məsafədən iş, risk qrupuna daxil olan işçilərə münasibətdə tətbiq olunan güzəştlər, işçilərin ödənişli və ödənişsiz məzuniyyətə buraxılması halları və sair) praktiki misalların köməyi ilə ətraflı şəkildə izah olunub. Karantin dövrü ilə bağlı bölmə hazırlanarkən İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin rəsmi mövqeləri nəzərə alınıb.

Gələn həftə satışa çıxması gözlənilən “A-dan Z-yə Kargüzarlıq” kitabı isə təkmilləşdirilmiş 3-cü nəşrdir. Kitabın əvvəlki bölmələrinin yenidən işlənilməsi və 5 yeni bölmənin əlavə edilməsindən sonra onun həcmi 700 səhifədən artıq olub. Kitaba əlavə olunan yeni bölmələr vakansiya bankının yaradılması, əmək müqaviləsinin göstəricilərinin elektron sistemə işlənilməsi, üzrlü səbəbdən (sosial məzuniyyət, əmək qabiliyyətinin itirilməsi, ezamiyyə və sair) işdə olmayan işçinin yerinə müvəqqəti işçi götürülməsi,  ümumi təhsil müəssisələrində kargüzarlığın təşkili və karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələlərini  əhatə edir.

Karantin rejimində əmək müansibətlərinin rəsmiləşdirilməsi pandemiyadan zərər çəkmiş və fəaliyyəti tam məhdudlaşdırılmış müəssisələr üzrə ayrı-ayırılıqda nəzərdən keçirilib, prosedurlar sadalanıb, qanunvericiliyin tələbləri əsasında nümunəvi sənədlər təqdim olunub.

Mks.az saytının ekspertləri kitaba “Ümumtəhsil məktəblərində kargüzarlığın təşkili” bölməsini əlavə etməklə, kitabın hər nəşrində yeni bir sahədə kargüzarlığın aparılması məsələlərini nəzərdən keçirəcəklərini bildiriblər.

İnanırıq ki, hər iki kitab həmkarlarımız üçün faydalı nəşr olacaq.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

2 Komment

  1. Ramin 15 İyul 2020

    Kargüzarlıq kitabının 3 nəşrinin qiyməti nə qədərdir.

  2. Pərvanə 21 May 2023

    Kargüzarlıq A-dan Z yə neciyədi? Mən peşə məktəbində çalışıram .Dərs vəsaiti kimi neçənci nəşri məsləhət görərdiz? 5 çi nəşri yoxsa 3?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər