Hörmətli həmkarlar, “A-dan Z-yə Kargüzarlıq” kitabının 3-cü nəşrinə dəstəyinizi gözləyirik

Hörmətli həmkarlar, “A-dan Z-yə Kargüzarlıq” kitabının 3-cü nəşrinə dəstəyinizi gözləyirik

Xəbər verdiyimiz kimi “A-dan Z-yə Kargüzarlıq” kitabının satışı bir ay öncə yekunlaşıb. Kitaba göstərdiyinizə marağa,verdiyiniz dəstəyə görə təşəkkürümüzü bildiririk.

Kitablarımızın oxunaqlı və praktiki mövzuları əhatə etməsinin səbəblərindən biri də həmkarlarımzdan daxil olan suallar və qeydlərdir.

Mks.az saytı müəllif Qalib Toğrulun rəhbərliyi ilə “"A-dan Z-yə Kargüzarlıq" kitabının yeni 3-cü nəşrini çapa hazırlamağa qərar verib. Əvvəlki bölmələrlə yanaşı, kitaba aşağıdakı YENİ fəsillərin daxil edilməsi planlaşdırılır: 

  • Kadr kargüzarlığı və elektron informasiya sistemi üzrə yeni işçinin işə qəbul olunması prosesinin rəsmiləşdirilməsi və vakant struktur vahidinin yaradılması;
  • İşçinin başqa vəzifəyə keçirilməsi zamanı sənədlərin hazırlanması və elektron informasiya sistemində qeyd edilməsi;
  • Hər hansı üzrlü səbəbdən (analıq və ya qismən sosial ödənişli məzuniyyət və s.) işdə olmayan işçini başqa işçinin əvəz etməsinin misallarla izahı (kadr kargüzarlığı və elektron informasiya sistemi üzrə);
  • İşə qəbul edilən işçilərin əmək müqaviləsinin göstəricilərinin elektron informasiya sisteminə işlənilməsi prosesinin misallarla izahı (işəmuzd və vaxtmuzd, natamam iş vaxtı, növbəli iş rejimi, iş vaxtının cəmlənmiş uçotu və s.);
  • Karantin rejimi ilə bağlı kargüzarlığın işin aparılması (xüsusi əmək rejimi, sərt karantin tədbirlərinin tələblərinin əmrlərdə və digər sənədlərdə əks etdirilməsi);
  • Ümumi təhsil müəssisələrində kadr kagüzarlığının aparılması xüsusiyyətləri.

Dəyərli həmkarlar, “Kargüzarlıq: A-dan Z-yə” kitabının mövcud bölmələri və təklif edilən yeni bölmələrlə bağlı qeydlərinizi, təkliflərinizi şərh hissəsinə qeyd etməyinizi və ya [email protected] ünvanına göndərməyinizi xahiş edirik.

Sizcə, hansı tip YENİ sənəd formalarının “"A-dan Z-yə Kargüzarlıq"” (III nəşr) kitabında təqdim edilməsinə ehtiyac var?

Devimizə sadiqiq: Öyrətmək savab, öyrənmək qazancdır!

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

1 Komment

  1. Rafail 21 Avqust 2020

    "Əmək qanunvericiliyi və Şəhrlər Toplusu" və "Kargüzarlıq" kitablarını necə əldə etmək olar.

Şərh yazın

Xəbərlər