"Vergi uçotu: A-dan Z-yə": Peşəkar rəyi

"Vergi uçotu: A-dan Z-yə": Peşəkar rəyi

Uçot məsələləri üzrə peşəkar təlimçi Kamilə xanım Əlizadə yeni nəşrimiz olan "Vergi uçotu: A-dan Z-yə" kitabı haqqında post yazıb. Mks ailəsi səmimi fikirlərini böyük səxavətlə ictimailəşdirən dəyərli həmkarımıza təşəkkür edir, ona yeni mühasib nəslinin yetişdirilməsi işində uğurlar arzulayır.

Sevindirici haldir ki, Kamilə xanımın tələbələri də vergi uçotunu öyrənmək üçün kitabımızı sifariş edirlər.
Yeri gəlmişkən, kitabı sifarış etmək üçün 050-368-12-72 vəya 012-564-86-85 saylı telefonla əlaqə saxlaya bilərsiniz.

Kamilə xanımın postunu təqdim edirik: Mühasib həmkarlarımız üçün növbəti dəyərli nəşrə görə təşəkkürlər, Monitor Konsaltinq! Kitabın müəllifi hörmətli Anar Bayramov müəllimə də ayrıca təşəkkürlər. Məcəllə çox oxunaqlı və aydın bir formada qruplaşdırmalar və sxemlər şəklində oxucuya çatdırılır. Məcəlləni real iş mühitində tətbiq etmək istəyənlər bu kitabdan vaxt itirmədən faydalansınlar!
Qeyd: Vərəqlədikcə daha da heyran oluram bu kitaba! Stajorlar və bəzi əməliyyatları praktikasında tətbiq etməmiş mühasiblər də bu kitabdakı çox təfərrüatlı izahlar sayəsində öz praktiki vərdişlərini təkmilləşdirə bilərlər. Kitabı şiddətlə tövsiyə edirəm!

 

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər barədə" bəyannamə, Sosial və işsizlikdən sığorta hesabatlarının doldurulması qaydaları izah edilən bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. Novruz 18 Fevral 2021

    Zehmet olmasa Vergi uçotu kitabının qiymeti haqqinda melumat vererduz..Teshekkurker

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər