140 manatın gəlir vergisi bu məbləğdən minimum əmək haqqı çıxıldıqdan sonra hesablanmalıdır: (140-93.50)*14%=6.51? Bu halda işçiyə 113.49 manat ödənilməlidir? Demək istəyirəm ki, məbləğ tam olduqda ona gəlir vergisi hesabalana zaman minimum əmək haqqı çıxılmalıdırmı? Bu məsələ barədə mühasiblər arasıında yekdil fikir yoxdur. İnanıram ki, mənə dəqiq cavab verəcəksiniz.
Cavab: - Bu kimi sualların cavablarını jurnalımızın ötən buraxılışlarında və həmçinin «Əmək münasibətləri A-dan Z-yə» kitabında geniş açıqlama ilə vermişik. Oxucumuza bildirmək istərdim ki, bəli, gəlir vergisi tutulmaq üçün tam məbləğ götürülməlidir. Qeyd etdiyiniz 290 manat əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən birbaşa 14% vergi tutulmalıdır. Müəssisə üzərinə düşən hissənin - 150 manatın vergisini çıxıb ödəyir. DSMF orqanlarına təqdim olunan cədvəldə isə yazır ki, 140 manatın manat gəlir vergisi 19,60 manat (140*14%), DSMF tərəfindən ödəniləcək məbləğ isə 120,40 (140 – 19,60) manatdır.
Ümüdvaram ki, tam izah edə bildim.