Alıcı hansı halda qaimə fakturaya möhür vurmalıdır?

Alıcı hansı halda qaimə fakturaya möhür vurmalıdır?

Sual: Satıcı satdığı mala görə yazdığı qaimə fakturanın hansı nüsxəsini alıcıya verməlidir? İndi qaimə fakturalar müxtəlif cürdür. Bəzilərinin qaiməsi kötük və ikinci hissədən ibarətdir. Bəziləri bir səhifəlik qaimə fakturadan istifadə edir, onu özündə saxlayır, qara kağız vasitəsilə alınan surətini alıcıya verir. Bunların hansı qanunidir? Qaimə fakturanı malı təhvil alan tərəfin möhürləməsi vacibdirmi? Və bir də hansı hallarda malların alınması üçün vəkalətnamə tələb olunur?

İlkin, Bakı

Cavab: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli, I-163 №-li əmri ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blankları» barədə qaydalarda qaimə-fakturanın forması da təsdiq edilib. Qaimə fakturanın kötük hissəsi qaimə-faktruanı təqdim edən şəxsdə qalmalı, ikinci hissə alıcıya verilməlidir. Dediyiniz kimi bəzi malsatanlar qaimə fakturanın surətini alıcıya verirlər. Bu da mümkündür.

Vəkalətnamə malsatandan malı almaq üçün malalanın işçisinə verdiyi sənəddir. Malalan həmin sənədə əsasən işçisinə səlahiyyət verir ki, malı alsın. Bu zaman vəkalətnamədə işçinin imzası müəssisənin möhürü, direktor və baş mühasibin imzası ilə rəsmiləşdirilir. Bundan sonra vəkalətnamə verilmiş şəxs həmin sənədi və şəxsiyyət vəsiqəsini malsatana təqdim etməklə malı ala və qaimə fakturaya imza ata bilər. Əgər işçiyə vəkalətnamə verilməyibsə, malalan işçinin imzasını təsdiq etmək üçün qaimə fakturaya möhür vurmalıdır. Möhür varsa, vəkalətnamə tələb olunmamalıdır.

 

 

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər