İcarə fəaliyyəti ilə məşğul olanlar mütləq ƏDV ödəyicisi olmalıdır?

İcarə fəaliyyəti ilə məşğul olanlar mütləq ƏDV ödəyicisi olmalıdır?

Sual: Təşkilatımız sadələşdirilmiş vergi ödəyicisidir. Yaxınlarda firmamiz başqa təşkilata avandanlığı 300 manata icarəyə verilib. Hesablanmış icarə haqqına görə, sadələşdirilmiş vergi tətbiq olunmalıdır, yoxsa ƏDV hesablanmalıdır. Zəhmət olmasa, sadələşdiril miş vergi ödəyicisinin əmlakı icarə verməsinə görə vergi öhdəliklərini izah edərdiniz.
Zülfiyyə Babayeva
Cavab: Bu sual da praktikada çox rast gəlinən bir haldır. Ona görə də Vergi Məcəlləsinə müraciət edək.

218.2. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur:

  • aksizli mallar istehsal edən şəxslər;
  • kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
  • qeyri-dövlət pensiya fondları;
  • əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
  • mükiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.1-ci maddəsində göstəri lən şəxslər istisna olmaqla) qalıq dəyəri 1000000 manatdan artıq
  • olanlar.

 

Vergi Məcəlləsinin 218.2-ci maddəsindən tam aydın olur ki, hər hansı hüquqi və fiziki şəxs əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğuldursa, onda həmin şəxslər sadələşdirilmiş vergitutma sistemini tətbiq edə bilməzlər. Yəni, artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilməzsiniz. Artıq siz mənfəət vergisi ödəyicisi olmalısınız və illik mənfəət vergisi bəyənnaməsini təqdim etməklə mənfəət vergisini, əmlak vergisini ödəməlisiniz. Amma buna baxmayaraq vergi orqanları tələb edirlər ki, belə icarə fəaliyyətilə məşğul olanlar, həmçinin ƏDV ödəyicisi kimi uçota alınmalıdırlar. Belə olan halda vergi orqanlarına bildirmək lazımdır ki,Vergi Məcəlləsinin 155.1-ci maddəsində hansı hallarda ƏDV ödəyicisi olmaq haqqında yazılıb:
155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövrbaşa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Deməli ƏDV ödəyicisi olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin 12 ardıcıl aylıq dövrdə dövriyyəsi 150.000 manatdan artıq olmalıdır. İcarəyə verən faktiki sahibkarlıq fəaliyyəti ilə məşğuldur, amma 12 aylıq dövrüyyəsi 150.000 manatı aşmır.
Sizin kimi əmlakı icarəyə verənlər ƏDV ödəyicisi ola bilməzlər. Həmçinin, Məcəllənin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi də ola bilməzlər. Odur ki, siz ancaq qeyd etdiyim kimi mənfəət vergisi ödəyicisi olmalısınız. Sonda yenə bildirirəm ki, hələ də bu məsələ vergi orqanları tərəfindən bilmənalı şəkildə belə qəbul olunur ki, hüquqi şəxslər icarə fəaliyyəti ilə məşğuldursa, onda ƏDV- ödəyicisi olmalıdırlar. Və tələb edirlər ki, əmlakı icarəyə verənlər ƏDV ödəyicisi kimi uçota durmalıdırlar.

Qeyd: 01 yanvar 2013-cü ildən etibarən  12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi həm fiziki həm də hüquqi şəxslər üçün 120.000 manat edilib.

 

1 Komment

  1. Emin 15 Noyabr 2021

    Salam Hüquqi səxs Ədv ödəcisi olarsa əmlakın icarəsindən gələn pulu Ədv cəlb ediləlidirmi (qarş tərəf Yəni icarəçi də həmçinin hüquqi çəxs olarsa )

Şərh yazın

Xəbərlər