Dövlət Gömrük Komitəsi əməkdaşlarından məzuniyyətlə bağlı narazılıq
“Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır”. Bu iddia ilə “Qafqazinfo”ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.
DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər: “Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, Məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almalı və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin Əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır”.
Şikayətçilərin iddiasına görə, işçilərə hətta 2024-cü ildən qalan istifadə edilməmiş məzuniyyət günlərindən yararlanmadan 2025-ci ilin məzuniyyətinə çıxmaq qadağan edilib. Nəticədə, əməkdaşlar həm istirahət hüququndan məhrum edilib, həm də onlara məzuniyyətə çıxdıqda verilməsi nəzərdə tutulan biraylıq müavinətin ödənilməməsi halı yaranıb.
Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə və müəyyən edilmiş qrafikə uyğun olaraq məzuniyyətə çıxırlar və bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulan bütün ödənişlərin ödənilməsi təmin edilir”.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın