Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 30 dekabr 2023-cü il tarixində iş saatının müddəti 1 saat azadılmalıdır
Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat yayıb.
Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.
“Əmək və Məşğulluq” altsistemində bu barədə işəgötürənlər üçün məlumat da yerləşdirilib
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 (satışı bitib)
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022 (satışı bitib)
0 Komment
Şərh yazın