Tanınmış hüquqşünasdan qadınların şənbə-bazar günü işləməməsi təklifinə etiraz

Tanınmış hüquqşünasdan qadınların şənbə-bazar günü işləməməsi təklifinə etiraz

Əkrəm Həsənov: "Həftə sonu ailəli qadında qeyri-adi nə baş verir?"

Xəbər verdiyimiz kimi,  Deputat Rauf Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında təklif edib ki, şənbə-bazar qadınlar işləməsin.  Hüquqşünas Əkrəm Həsənov qadınların şənbə-bazar günləri işləməməsi ilə bağlı təklifə  münasibət bildirib. 

Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, şənbə-bazar günü işləyənlərə həftə içi istirahət verilir: “Niyə məhz qadınlar şənbə-bazar günləri işləməsinlər? Bunu  başa düşə bilmirəm. Ailəli qadın şənbə-bazar işləyəndə nə dəyişir? Həftə sonu ailəli qadında qeyri-adi nə baş verir? Əksinə, şənbə-bazar əri də evdədir. Uşaqlara baxmaq lazımdırsa, əri baxacaq. Bəlkə də, qadının digər iş günü istirahət etməsi yaxşıdır ki, vaxtından daha səmərəli istifadə edə bilər. Əgər ümumən əmək qanunvericiliyi pozulmursa, həftəlik, yəni 40 saat işləyirsə, hər bir halda 2 istirahət gününü qadına verirlər. Niyə şənbə-bazar məhz qadınlar işləməsinlər, kişilər isə işə çıxsınlar? Bunun məntiqini tuta bilmirəm. Onsuz da, Azərbaycanda çox hallarda əmək qanunvericiliyən riayət olunmadığını bilirəm. Hətta iş həftəsi 40 saatdan da çox olur. Bəzən heç 2 gün istirahət də vermirlər. Pozuntu edənlər məsuliyyətə cəlb olunmalıdırlar, amma söhbətimiz bu deyil...”, - ekspert bildirib. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər